Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-550/2024 11.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayətçi X3 nümayəndəsi X6, müdafiəçisi Vəkil və Azərbaycan Respublikası Qida X1 X5 nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Qida X1 X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 müdafiəçisi Vəkil şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida X1 X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X2 X9 tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-44- 3/2-864/24 saylı məktub, həmin məktuba əlavə edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN № ******* saylı “qərar və əlavə edilmiş digər sənədlərə əsasən "xxxx" MMC-yə məxsus restoranda xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Qida X1 X9 tərəfindən planlı yoxlama həvata keçirilmişdir. Yoxlama zamanı restoranda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktlarının aşkar olunması və buna görə vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrinə əsasən 1.500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Hesab edir ki, Azərbaycan Respublikası Qida X2 X5 barəsində olan “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN N2 ******* saylı qərarı qərəzli, qanunsuz və əsassızdır ona görə də məhkəmə qaydasında ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının verilmiş şikayət və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər səbəblər əsasında müvafiq icra hakimiyyəti orqanı yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması və va qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə baalı müvafiq inzibati xətanın əlamətlərini müəvvən etdikdə, yuxarı dövlət orqanı isə yoxlayıcı orqanlar (yoxlayıcılar) tərəfindən yoxlamaların qeydiyyatı ilə bağlı tələblər və prosedurlar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görməlidirlər. Qeyd qeyd edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə əsasən plan üzrə (növbəti) yoxlama qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlama olmaqla yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir. Yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd edilən qanunun tələbinə əsasən Plan üzrə (növbəti) yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar risk qruplarına bölünür və yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməvibsə. həmin voxlavıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz. Qanunun tələbinə əsasən Plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılmalıdır. Həmçinin yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı bes is qünü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Bununla bağlı bildirmək istəyirik ki, qanunun qeyd edilən tələbləri yoxlayıcı orqan tərəfindən pozulmuş və qanunun tələbinə əsasən yoxlamanın başlanmasına ən azı bes iş günü qalmış ona yoxlamanın aparılması haqqında hər hansı rəsmi məlumat verilməmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən yoxlayıcı orqan tərəfindən yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Qanunun tələbinə əsasən yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər, həmçinin qanunun tələbinə əsasən vahid məlumat reyestrində qevdivvata alınmadan yoxlama aparılması və va qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi aavdalarının pozulması özlüyündə qanunun tələblərinin pozulması kimi müəyyən edilmişdir. Bu isə yoxlama müddətlərinə riayət edilmədikdə aparılan yoxlamaların əsassız olmasını və yoxlamaların sahibkarın təqsirsizlik prezumpsiyasına əsaslanmaqla aparılmasını nəzərdə tutan prinsipinə əsasən hüquqi nəticəsinin olmadığını göstərir. Bundan başqa qeyd edilir ki, “Yoxlamanın nəticələri üzrə” qərarda göstərilmiş nöqsanlarla razı deyillər, həmin məsələlərin araşdırılması üçün ekspertizanın keçirilməsini qeyd edilən nöqsanların olub-olmamasının aydınlaşdırılmasına zərurət yaranmışdır. Belə ki, ona məxsus restoranda olan üstün və keyfiyyətli xidmətinə görə seçilən restoranlardan biridir, həmçinin Şamaxı rayonu, eyni zamanda respublikasının digər rayonlarında olan restoranlar arasında üstün və keyfiyyətli xidmətinə görə birinci yerdə olduğunu (ilk onluqda olduğunu) qeyd edilir. Çünki, restoranın qonağı olmuş yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, elm, incəsənət xadimləri, həmçinin xarici diplomatlar və diplomatik nümayəndəliklərin əməkdaşları, eyni zamanda digər tanınmış beynəlxalq təşkilatların rəhbərləri və xarici qonaqların restoran haqqında qeyd etdikləri xoş sözləri də bunu sübut edir. Buna görə də ona məxsus "xxxx" restoranı və brendi hər zaman öz yüksək adını, standartlarını və keyfiyyətli xidmətini qoruyub saxlayır, müştərilərin etimadını doğruldur. Hesab edir ki, ona məxsus restoran barəsində inzibati xəta ilə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsi ona məxsus restoranın işgüzar nüfuzuna zərər vurmaq məqsədi daşıyır, qanunsuz və əsassız olmaqla qərəzlidir. Belə ki, bir müddət əvvəldə barəsində əsassız olaraq inzibati xəta ilə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdi və həmin qərar qanunsuz olduğundan məhkəmə qaydasında ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 53.0.1- ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Ona görə də göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikası Qida X2 X5 xx.xx.2024-cü il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 nümayəndəsi X6 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Qida X1 X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 müdafiəçisi Vəkil şikayətin təmin edilərək Azərbaycan Respublikası Qida X1 X9 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 X5 nümayəndəsi X7 şikayəti əsassız hesab edərək bildirdi ki, Azərbaycan Respublikası Qida X1 X5 əməkdaşlarının X8 barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını əsaslı hesab verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X5 MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Dədəgünəş kəndində fəaliyyət göstərən "xxxx" MMC-də aparılan yoxlama zamanı üzərində zəruri etiket məlumatları qeyd olunmayan məhsulların satışı aşkarlanmış və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 X5 MN ******* nömrəli, Şamaxı rayonu, Dədəgünəş kəndində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus olan istirahət mərkəzində yoxlama zamanı mətbəxt sahəsinin kənarlarının zərərvericilərin daxil olmasının qarşısını alacaq formada qurulmaması və üzərində zəruri etiket məlumatları qeyd olunmayan məhsulların satışı, mənşəyi məlum olmayan ət məhsulları aşkarlanmışdır. Vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Yoxlama aparılması haqqında xx.xx.2024-cü il tarixli, ŞYQ- 24\199 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 2024-cü il üçün təsdiq olunmuş illik yoxlama planı üzrə Şamaxı rayonu, Dədəgünəş kəndində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus olan istirahət mərkəzində xx.xx.2024-cü il tarixdə yoxlama başlanımış və xx.xx.2024-cü il tarixdə yoxlama başa çatmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Yoxlama aktından görünür ki, restoranda yuyucu vasitələr xüsusi ayrılmış yerdə saxlanılmır və otaqda temperaturun qaydaları aparılmır və sənədləşmir, mətbəxdə havalandırma sistemi quraşdırılmamış, mətbəxdə divarların bəzi hissələri tamlığı pozulmuş, ev heyvanlarının və zərərvericilərin qida məhsullarının hazırlandığı, istifadə olunduğu və ya saxlandığı yerlərə girişinin qarşısını almaq üçün nəzarət tədbirləri həyata keçirilmir, restoranda parazitlərin daxil ola və yayıla biləcəyi yerlərin yaranması imkanlarının azaldılması üçün tikililər yaxşı şəraitdə deyil. Bundan başda restoranda satışı həyata keçirilən 5 ədəd, hər biri 0,5 kq olan qaymaq, 6 kq kənd qatığı üzərində etiket məlumatları qeyd olunmayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, təqdim edilmiş fotoşəkillərdən proses iştirakçılarının məhkəmə iclasındakı izahatlarından da görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus olan istirahət mərkəzində yoxlama zamanı mətbəxt sahəsinin kənarlarının zərərvericilərin daxil olmasının qarşısını alacaq formada qurulmaması və üzərində zəruri etiket məlumatları qeyd olunmayan məhsulların satışı, mənşəyi məlum olmayan ət məhsulları aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X1 X5 xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Qida X1 X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-550/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-550/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver