Məhkəmə qərarları › İş №3(074)-552/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-552/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-552/2024 27.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(002)-2440/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(002)-2442/2024 saylı qərarlarına əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilmiş inzibati materiallar Şamaxı Rayon Məhkəməsinə daxil olarkən 3(074)- 551/2024 və 3(074)-552/2024 nömrələr ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki material eyni şəxs barəsində olduğundan və baxılması Şamaxı Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olduğundan prosessual qənaət baxımından onlar bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin34, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-551/2024 və 3(074)-552/2024 nömrə ilə qeydiyyata alınmış inzibati xəta haqqında icraat materialları bir icraatda birləşdirilsin. Həmin işlərə eyni vaxtda 3(074)-551/2024 qeydiyyat nömrəsi ilə baxılsın. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar