Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-56/2023 09.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X1 iştirakı ilə, xx.xx.1974-cü ildə Şamaxı rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu Muğanlı kəndində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Şamaxı şəhəri, Şirvan küçəsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində “Ağsu dairəsi” adlanan ərazidə, avtotəmir sexinin qarşısında avtomaşınını təmir etdirərkən, tanımadığı yaşlı bir kişinin ərazidə olan ağacı yerindən çıxartdığını müşahidə etmişdir. Həmin vaxt polis əməkdaşı bunu görüb yaxınlaşaraq, həmin şəxsə irad tutmuşdur. O, bundan əsəbləşib, həmin şəxsi müdafiə edərək, polis əməkdaşı ilə mübahisə etmişdir. Törətdiyi əməldən hazırda peşman olduğunu bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, Şamaxı Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Məhəmməd Əliyev xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində xidməti ərazisi istiqamətində avtomaşınla hərəkətdə olduğu zaman, “Ağsu dairəsi” adlanan ərazidə, avtotəmir sexinin qarşısında, bir nəfər şəxsin hündürlüyü 3 metr olan ağacın kökündən çıxartdığını aşkar etmişdir. Polis əməkdaşı yaxınlaşıb özünü təqdim etmiş və ağacı çıxardan şəxsə iradını bildirərkən, yaxınlıqda olan, sonradan adı məlum olan Bayram Rəsulov adlı şəxs müdaxilə edərək, mübahisə etmiş və intizama dəvət edilsə də, öz hərəkətini davam etdirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, X3 inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-56/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-56/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver