Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-562/2024 16.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şamaxı Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Mehdi Mikayılovun xx.xx.2024cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində Zərərçəkmiş şəxs, “Manqal” dönər evinə məxsus maksimal mühərrik gücü 49 KvT olan moped ilə Şamaxı şəhəri Şirvan küçəsində “Cümə Məscidin” 50 metr yaxınlığında üzü “VİP” marketə doğru hərəkətdə olarkən həmin küçədən H.Məmmədov küçəsinə dönməkdə olan Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfindən çırpılması, “Toyota Prius” markalı **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Şamaxı şəhəri Şirvan küçəsindən H.Məmmədov küçəsinə dönərkən qarşıdan gələn bütün yol hərəkəti iştirakçılarını gözləməli olduğu halda bu qaydaya riayət etməməsi və nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 19 iyul 2024-cü il tarixdə saat 15:30 radələrində qəza törətmişdir. Baş vermiş hadisə ilə bağlı hərəkətlərindən peşmançılıq çəkdiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Məhkəmə-Tibbi Ekspertizasının 224 nömrəli xx.xx.2024-cü il tarixli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər dərəcəsində görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şamaxı Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Mehdi Mikayılovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından, soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Şamaxı rayon DYPB-yə göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon DYPB-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirmişdir. Nəticədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-562/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-562/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver