Məhkəmə qərarları › İş №3(074)-565/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-565/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-565/2024 13.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X20 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi X3, Şikayət vermiş şəxs X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4000 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X10 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X15 Xidmətinin Dağlıq Şirvan Regional şöbəsinin 04 iyul 2024-cü il tarixdə barəmdə 4000 manat cərimə olunmağı barədə qərara qəbul etmiş və qərar ona 29 avqust 2024-cü il tarixdə göndərilmşdir. Həmin sənədlərlə birlikdə rayon pokurorluğunun da qərarı göndərilmiş, həmin qərara əsasən guya o, avtoyuma məntəqəsində X18 adlı şəxsi əmək müqaviləsi olmadan işə qəbul etmiş və işlətmişdir. O, qərarla razı deyil. Belə ki, həmin şəxsi onunla işləməyib. Yalan danışır. Əmək müfəttişliyinin əgər bu barədə hansısa sübutu varsa gətirib məhkəməyə təqdim etsin. Yəni, əgər əmək müfəttişliyinin əməkdaşları həmin şəxsi avtoyuma məntəqəsində görüb protokollaşdırmışlarsa və ya orada maşın yuyarkən şəklini çəkmişlərlə, görüntülərini almışsa məhkəməyə təqdim etsinlər. Vətəndaşın sözü ilə onun bu məbləğdə cərimə olunmağı tamamilə qanunsuzdur. X15 Xidmətinin Dağlıq Şirvan Regional şöbəsinin 04 iyul 2024-cü il tarixli MN №1065294 saylı İnzibati tənbehvermə barədə qərarı ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X10 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi X9 izahat verərək bildirdi ki, Şamaxı rayon prokurorluğundan X10 tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı olaraq İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq X17 göndərilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qanuni qüvvəyə minmədən işə götürən tərəfindən X13 işlərin yerinə yetirməsinə cəlb edilmişdir. Odur ki, məhkəmədən X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsini və onun barəsində qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon prokuroru Müşfiq Səfərov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan görünür ki, X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış material baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X4 göndərilmişdir. Həmin qərardan görünür ki, vəzifəli şəxs X10 (VÖEN **********) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq icarəçi qismində işlətdiyi Şamaxı şəhəri, Heydər Əliyev prospektində yerləşən “111’ avtoyuma məntəqəsində (“Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz) avtmobilləri yuyan və salonun təmizlik işləri ilə məşğul olan şəxs qismində işləyən X11 həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək 2024-cü ilin fevral ayından xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu avtmobilləri yuyan və salonun təmizlik işləri ilə məşğul olan şəxs qismində vəzifəsinin yerinə yetirilməsinə cəlb etmiş və həmin hallar Şamaxı rayon polis şöbəsinin 19 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, X11 izahatı və X2 X12 adına əmək müqaviləsinin olmaması ilə bağlı məlumat və yoxlama materiallarında olan digər sənədlərlə təsdiq edilmişdir. Həmçinin həmin qərardan görünür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində X6 rayon prokurorluğuna R.Əhmədovla əmək müqviləsinin bağlanmasını təsdiq edə biləcək sənədləri rayon prokurorluğuna təqdim etməsini və izahat verilməsinin zərurliyi ona bildirilsə də, Səlim Səlimov rayon prokurorluğuna yaxınlaşmasından boyun qaçırmış, bundan başqa yoxlama zamanı X10 tərəfindən “Əmək və məşğulluq" altsisteminə əmək müqaviləsinin daxil edilməsi ilə bağlı X15 Xidmətinə müraciət edilmiş və həmin qurumdan daxil olmuş 18 aprel 2024-cü il tarixli 3-17-5/2-20871/2024 nömrəli məktubdan görünür ki, X10 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. iİ materiallarında olan xx.xx.2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində yerləş 30 kv metr tikili 5 il müddətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixə kimi X7 tərəfindən X6 icarə verilmişdir. iş materiallarında olan X18 tərəfindən verilmiş izahatdan görünür ki, o, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz istiqamətdə yerləşən “111” avtoyuma məntəqəsində çalışır, həmin avtoyuma məntəqəsində işi yalnız avtomobillərin yuyulması və salonun təmizlik işləri ilə məşğul olur. Həmin avtoyuma məntəqəsinin X10 tərəfindən icra götürülərək istifadə edilir. İş saatı hər gün səhər saat 09:00-dan axşam 19:00-kmidir və günlük qazancın 50 faizi ona qalır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar