Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-567/2024 25.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası Qida X2 X5 tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə verilmiş şikayəti nəzərdən keçirib, müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X2 X5 tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilərək inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi daha sonra məhkəmə ərizə ilə müraciət edərək şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida X2 X5 tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilərək inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməsi X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Qida X2 X5 tərəfindən tərtib edilmiş 19 avqust 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilərək inzibati tənbeh vermə haqqında iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-567/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-567/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver