Məhkəmə qərarları › İş №3(074)-57/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-57/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-57/2022 14.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İŞamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon yol patrul xidməti baş inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Şamaxı rayonu, Məlikçobanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X4 X5 tərəfindən tərtib olunmuş 14.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon yol patrul xidməti baş inspektoru X2 izahat verib bildirdi ki, 12.02.2022-ci il tarixində saat təxminən 08:00 radələrində Şəxs sürücülük hüququ olmadan “VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə eədərkən Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində əks istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yoluna çıxararq yol nəqliyyatı hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” minik markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, 12.02.2022-ci il tarixində saat təxminən 08:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində VİP Marketin qarşısında sola dönərkən qarşıdan gələn “VAZ 21074” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuşlar. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, hadisə vaxtı heç bir xəsarət alan olmayıb. Törətdiyi əmələ görə çox peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, o, 12.02.2022-ci il tarixində saat təxminən 08:00 radələrində Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində idarə etdiyi “VAZ 21074” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın qəflətən yoluna çıxaraq toqquşmuşlar. Hadisə vaxtı avtomobildə tək olumuş və heç bir xəsarət almamışdır. Avtomobilə müəyyən edilmiş 1135 manat dəymiş ziyan ödənilməyib. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 14.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində əks istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının yoluna çıxararq yol nəqliyyatı hadisəsi törətmişdir. Hadisə nəticəsində “VAZ 21074” minik markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1135 manat maddi ziyan vurulmuşdur. İş materiallarında olan 14.02.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs sürücülük hüququnun olub-olmaması Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin mərkəzi məlumat xidmətinin bazasında yaxlanılarkən da Şəxs məxsus sürücülük hüququnun olmaması müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 12.02.2022 il tarixdə saat 08:00 radələrində da Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,00% promildir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 12.02.2022 il tarixdə saat 08:00 radələrində da Zərərçəkmiş şəxs oğlunun qanında alkoqolun konsentrasiyasının həcmi 0,00% promildir. “Şamaxıservis və ticarət Xidməti”nin 11 nömrəli rəyindən görünür ki, “VAZ 21074” markalı, **- ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1135 manat zərər dəymişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və yaşının çox olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar