Məhkəmə qərarları › İş №3(074)-571/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-571/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-571/2024 17.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 13 avqust 1998-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2021-ci il təvəllüdlü X5 atası – Zərərçəkmiş şəxs ilə hər həftənin şənbə və bazar günləri 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olunmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə edilmiş xəbərdarlıqlar edilmiş və müəyyən çətinliklər olsa da uşaqla ünsiyyət baş tutmuşdur. Lakin son vaxtlar təxminən iki həftə olar ki, uşaqla ünsiyyətdə problemlər yaşanır. Problemin səbəbini isə Şəxs qarşı tərəf Zərərçəkmiş şəxs alimentin ödəməməsini göstərir. Bu barədə borclunun izahatı alınmış və borclu icra sənədində göstərilmiş tələbi icra etməməsi səbəbindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, uşaqla ünsiyyət bir neçə dəfə baş tutmuş, lakin son iki həftədir ki, uşaqla görüşlər alınmır. Zərərçəkmiş şəxs hazırda 330 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o məhkəmə qərarında göstərilən tələbi tam olaraq yerinə yetirmişdir. Uşaq atası Zərərçəkmiş şəxs ilə hər həftə ilə görüşüb, amma son iki həftədir ki, atası ilə görüşə bilmir. Uşağının atası ilə görüşünə heç bir etirazı yoxdur. Nə vaxt istəsə gəlib uşağını görə bilər. Sadəcə Zərərçəkmiş şəxs aliment borcunu tam şəkildə ödəmədiyi üçün o, uşağı atasına göstərməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə bundan istifadə edərək uşağı ilə görüşməyə gəlməmiş və icra şöbəsinə ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs 330 manat aliment borcu var, icra məmurununda bununla bağlı məlumatı vardır. Zərərçəkmiş şəxs işləyir, lakin aliment onun əmək haqqına yönəlmədiyindən, o, bəzən alimenti bir neçə gün gecikdirir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2 aydır uşağı ona göstərmir. Ona demişlər ki, alimenti ödəmir, ona görə də uşağı ona göstərmir. O, aliment borcunun olması barədə bu gün bilmişdir. Dəfələrlə əlaqə saxlamasına baxmayaraq, Çinarə hər dəfə müxtlif bəhanələr gətirərək ona uşağı göstərməmişdir. Uşağın anası deyir ki, güya o, görüşən zaman uşağı ona qarşı öyrədir, bunlar hamısı yalandır. O, hər dəfə uşağı ilə görüşmək istəyən zaman icra məmuruna zəng edir, ona görə ki, Şəxs ələqə telefonuna cavab vermir. Bununla bağlı dəfələrlə şifahi olaraq icra məmuruna müraiət etmişdir. Odur ki, Şəxs məsuliyyətdən boyun qaçırdığı üçün barəsində qanuni tədbir görülməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda dövlət işində işləyir və rəsmi əmək haqqı alır. Alimentin onun əmək haqqına yönəldilməməsinin səbəbini bilmir. O, artıq iki aya yaxındır ki, uşağını görmür, bununla bağlı hər dəfə icra məmuruna da məlumat vermiş, lakin hazırda həmin ərizələri məhkəməyə təqdim edə bilmir, icra məmuru tərəfindən isə təqdim edilməməsinin səbəbini bilmir. Şəxs uşağı ona göstərməyəcəyini bildirdiyindən o, son 3 dəfə Şamaxı rayonuna gəlməmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 atası – Zərərçəkmiş şəxs ilə hər həftənin şənbə və bazar günləri 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs dərhal icranı təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 631/3 saylı 22 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 26 avqust 2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1998-ci il təvəllüdlü Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsinin surətindən görünür ki, anası X1 əsəbi olduğu üçün Ədliyyə Nazirliyinə şikayət etmişdir. Onun halhazırda uşaqla ünsiyyətdən şikayəti yoxdur. Uşaqla vaxtı-vaxtında görüşür. Şamaxı rayon Məhkəməsinin 2(074)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının icrası ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Xahiş edir ərizəsi nəzərə alınsın. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olması, icra sənədinin hansı üzürsüz səbəbdən yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərəkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə xx.xx.2021-ci il təvəllüdlü Emin Xəlilovun atası Zərərçəkmiş şəxsla ünsiyyətdə olmasına şərait yaradılmasından yayınma halları, eyni zamanda icra sənədinin onun təqsiri üzündən icra olunmaması öz təsdiqini tapmır. Belə ki, Şəxs əməlində qərəzin nədən ibarət olması barədə kifayət qədər sübutlar təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında icra məmuru tələbkarın uşaqla ünsiyyətinin 2 dəfə baş tutmamasını bildirsə də, bunu təsdiq edəcəklər aktlar və digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində borclu olduğu icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar