Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-572/2024 19.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla bağlı Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə Şamaxı şəhərində işlədiklərini, iş sahibi ona çatan 2000 manat pulu Zərərçəkmiş şəxs verməsini, sonuncu ona çatan pulu vermədiyini və ölümlə hədələməsi barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə fəhlə işlədiklərini, sonuncunun onun payına düşən pulu vermədiyini göstərməklə Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.20214-cü il tarixdə Zərərçəkmiş şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Şəxs ilə pul üstündə aralarında mübahisənin olmasmı və sonuncunun onu döyməsini göstərməklə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olundu ki, Şamaxı rayon Qaravəlli kəndində yaşayanlar Şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında işlədikləri işin pulu üstündə baş vermiş mübahisə mülkü mübahisə olduğundan mülkü mühakimə icraatı qaydasmda məhkəməyə müracət etmələri, həmçinin Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyində alt dodağım qançırı, sağ baldırın sıyrığı, küt əşya təsirindən törənməklə sağlamlığa zərər vurmayan dərəcləri təyin olunmayan xəsarətlər müəyyən edildiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə öndərilmişdir. Bundan sonra, inzibati xəta haqqında iş üzrə icraatın açılması barədə qərar qəbul edilərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və yaxın qohumumdur. Onunla münasibətləri əvvəllər normal olmuş, aralarında dava-dalaş və mübahisə, münaqişə olmamışdır. Həmişə mehriban yola getsələrdə 2023-cü ilin noyabr ayında onlar Şamaxı şəhər sakini Əlheydər adlı şəxsin evində fəhlə kimi işləməyə başlamışlar. Onun Zərərçəkmiş şəxs əlavə 3440 manat pul çatmalı olsada 1440 manat pulunu Zərərçəkmiş şəxs alsada qalan 2000 manat pulu Əlheydər adlı şəxs Zərərçəkmiş şəxs versədə o, pulu ona verməmiş və onu aldatmışdır. Dəfələrlə Zərərçəkmiş şəxs pulunu istəsədə ona Əlheydər adlı şəxsin pulu vermədiyini bildirsədə Əlheydər adlı şəxs hər ikisinə demişdir ki, pulu Zərərçəkmiş şəxs vermişdir. xx.xx.2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs görməmişdir. Aralarında heç bir hadisə baş verməmişdir. Zərərçəkmiş şəxs pulu vermək istəmədiyi üçün belə bir şər və böhtan xarakterli ərizə yazmışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həmkəndlisi və yaxın qohumudur. Aralarında münasibətləri həmişə normal olub, davadalaş və mübahisə olmamışdır. Belə ki, 2023-cü ili noyabr ayında onlar Şamaxı şəhər sakini Əlheydər adlı şəxsin evində fəhlə kimi işləməyə başlamışlar. Sonra işi o, danışdığından Şəxs həmin işə o, apardığından Əlheydər adlı şəxsin ona verdiyi puldan Şəxs işlədiyi pulu yetərincə vermişdir. Həmçinin o, işə Şəxs taksi ilə aparıb gətirsədə onun pulunu hələ ondan almamışdır. Şəxs ona 240 manat taksi pulu borcu var. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yol kənarında bostan yerində olan zaman Şəxs gəlib ona pulu verməsini desədə o, ona borcunun olmadığını dedikdə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Şəxs yumruqla dodaq nahiyənə təpiklə qasıq nahiyəmə və qıç nahiyəmə təpiklə vurmuş və çıxıb getmişdir. Aralarında baş vermiş hadisə 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt yanlarında və yaxınlıqda heç kim olmamışdır. Onun Şəxs borcu yoxdur. Onun işlədiyi işin haqım yetərincə vermişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis X1 təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən rayon polis şöbəsinin içtimai təhlükəsizlik bölməsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizasa və X2 Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 253 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlərin - alt dodağın qançırı, sağ baldırın sıyrığı küt əşya təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə müvafiq olaraq, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-572/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-572/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver