Məhkəmə qərarları › İş №3(074)-574/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-574/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-574/2024 11.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 dekabr 2014-cü il tarixinədək onun etibarnamə ilə istifadəsində “VAZ 2101” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur. xx.xx.2024-cu il tarixli notarial təsdiqli etibarnamədən görünür ki, həqiqətən də o, xx.xx.2014-cü il tarixində etibarnamə ilə istifadəsində olan “Vaz 2101” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün X8 etibarnamə vermiş və həqiqət odur ki, bu avtomobili həmin vaxt etibarnamə ilə ona satmışam. Digər tərəfdən isə etibarnamədən həmçinin görünür ki, sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r. Bu nəqliyyat vasitəsinin mülkiyyətçisi R.Ə.Fezullayev də həmçinin o vaxt ona 1 (bir) il müddətinə etibarnamə verməklə həmin avtomobili ona satmışdı və həmin etibarnamə də 10 (on) ildən çoxdur ki qüvvədən düşüb. Odur ki, o, vaxtdan bəri “Vaz 2101” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aqibətindən xəbərsizdir. Odur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə onun adına EQ ******* nömrəli inzibati xəta üzrə cərimə qərarı yazması tam əsassız və qanunsuzdur. Elektron nüsxəsini bu ərizəyə daxil etdiyi xx.xx.2021-ci il tarixdə onun adına yazılmış EQ ******* nömrəli inzibati xəta üzrə cərimə qərarından görünür ki, guya həmin tarixdə o, AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və buna görə onun adına 50 (əlli) manat cərimə yazılmışdır. DYP-nin Şamaxı Rayon Şöbəsindən həmçinin bildirdilər ki, bu cərimənin üzərinə xeyli məbləğdə dəbbə pulu gəlmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi o, bir illik etibarnamə ilə istifadəsində olmuş “Vaz 2101” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2014cü ildən etibarən başqa şəxsə satıb ona da həmin vaxtdan bir illik etibarnamə vermişdir. Sözügedən avtomobil üçün onun özünün də adına olmuş bir illik etibarnamə 10 ildən çoxdur ki, qüvvədən düşmüşdür. Bu cərimə qərarının yuxarı sol küncündə yazılanlardan görünür ki, ona xx.xx.2024-cü il tarixində verilmişdir. İndiyədək bu əsassız cərimə qərarı DYP-nin müvafiq X2maqdadır. Halbuki qanunvericiliyin tələbinə əsasən belə cərimə qərarı hətta haqlı olsaydı belə 1 ildən çox vaxt keçdikdə öz qüvvəsini itirir və dərhal silinməlidir. Lakin təəssüf ki, belə əsassız cərimə 3 (üç) ildən çoxdur ki. X5 silinməmişdir və odur ki, bu qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X11 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 50 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışdan görünür ki, “Vaz 2101” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil mülkiyyətçi olan X6 tərəfindən xx.xx.2014-cü il tarixdə 1 il müddətinə olmaqla (ümumi etibarnamə əsasında) X7 adına etibarnamə vermiş və etibarnamənin qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixə kmi olmuşdur. Bundan başqa həmin çıxarışdan görünür ki, “Vaz 2101” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil daha sonra X8 ümumi etibarnamə əsasında etibarnamə vermilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X11 tərəfindən qeyd edilmiş hallar əsaslı olduğundan şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilməli və iş üzrə inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X11 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar