Məhkəmə qərarları › İş №3(074)-576/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-576/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-576/2024 26.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 14 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol və 07 fevral 2024-cü il tarixli, EQ 19338937 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, şikayət sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan müəyyən olunur ki, X3 barəsində tərtib edilmiş 14 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol və 07 fevral 2024-cü il tarixli, EQ 19338937 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarı əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində (İXM-nin 126.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan məhkəməyə şikayət verə bilər. Bundan başqa X3 tərəfindən 07 fevral 2024-cü il tarixli, EQ 19338937 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. X3 şikayət ərizəsinə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 fevral 2024-cü il tarixli EQ 19338937 saylı inzibati tənbeh vermə haqqında qərarını hansı tarixdə əldə etməsi ilə əlaqədar heç bir sübut əlavə etməmişdir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, X2 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 106 və 109cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 07 fevral 2024cü il tarixli EQ 19338937 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar