Məhkəmə qərarları › İş №3(074)-579/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-579/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-579/2024 26.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 28 may 1988-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində ailəsi ilə birlikdə İdman kompleksinin qarşısından keçən zaman söyüş səsləri eşitmiş, ailəsindən aralanaraq bununla bağlı əvvəllər tanıdığı Samir adlı şəxsə telefonla zəng etmiş ki, bu nə səsdir. Həmin Samir adlı şəxs onunla aqresiv danışaraq onu söyməyə başlamış oda ona qarşılıqlı cavab vermişdir. Sonra o, bu məsələ ilə bağlı 102 xidmətinə zəng etmişdir. Daha sonra ona Samirin qardaşı Fərid zəng etmişdir ki, “nəhlət şeytana” çıxın gedin. Bu hadisə ilə bağlı belə bir məsələ olub, başqa heç bir şey olmayıb, ancaq telefonla aralarında qarşılıqlı söyüş olub, onu da həmin Samir adlı şəxs aqresiv cavab verdiyinə görə olmuşdur. İdman kompleksinin qarşısında o, Samirin qardaşı ilə görüşmüş, o, isə ona mübahisəyə ehtiyac olmadığını bildirib sakitləşdirmişdir. Odur ki, iş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verib bildirdi ki, o, X5 inzibati vəzifədə çalışır. xx.xx.2024-cü il tarixidə o, evdə olan zaman onun telefonuna zəng edilərək onu söyüb təhqir etmişdir ki, “niyə sənin işçilərin səs küy salıb söyüş söyürlər”. Sonra o, ona zəng edərək onun kim olmasını, niyə onu söydüyünü və onunla görüşmək istədiyini bildirərək harada olmasını soruşmuşdur. Oda ona bildirmişdir ki, o, Qayalı marketin qarşısındadır. Sonra o, onunla görüşən zaman ona demiş ki, niyə onu söyür, oda ona cavabında o, heç kimi söyməyib və həmin telefon nömrəsi onun deyil. Bundan sonra həmin telefon nömrəsinin kimə aid olduğu öyrənmək üçün ərizə ilə polis şöbəsinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:05-də Şamaxı şəhəri, 48 A X1rşısında uca səslə söyüş söymüşdür. İş materiallarında olan Şamaxı RPŞ-nin məsul növbətçisi polis Elvin Həsənov tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, 06 sentyabr 2024-cü il tarixdə saat 01:08-də Azərbaycan Respublikasının DİN-nin 102 xidmətindən, ********** №-li məlumat verilərək bildirilmiş ki, Şamaxı şəhər 48-A məhəlləsində yaşayan X4 (***-***- **-**) mobil nömrədən zəng edərək, Samir adlı şəxs onu təhqir etməsi onlar barəsində polisə şikayət etməsindən narazıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, vətəndaş Şəxs barəsində olunan şikayətlə bağlı izahat verməkdən imtina etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati materiala xitam verilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibini yaratmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 510-cu əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar