Məhkəmə qərarları › İş №3(074)-58/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-58/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-58/2022 14.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Bakı-Şamaxı-Yevlax yolunun 121 km. ötmə əməliyyatını, üfüqi nişanlama xəttini pozarkən YPX-nin əməkdaşlarına tabesizlik göstərmiş, avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 14.02.2022-ci il tarixdə saat 10:15-radələrində idarə etdiyi **-TM-*** dövlət qeydiyyat nişanlı “LADA PRİRORA” markalı avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolunun 121 km. üfüqi nişanlama xəttini pozmamış, əgər pozmuşdursa onda yazın protokolu və ünvanına göndərin polis əməkdaşlarına demiş, polis əməkdaşlarıda onu buraxmışlar. O, da maşına əyləşərək qəfildən sürətləndirməklə hərəkət etmişdir. Sonra gözlənilmədən polis əməkdaşları onun avtomobilinin qabağını kəsmişlər, onu məcburi şəklidə, vuraraq xidməti maşına basmışlar, ailəsi maşında qalmış, onu isə döyə-döyə RPŞ-nə gətirmişlər. Eyni zamanda bildirdi ki, o heç bir tabesizlik etməmiş, sadəcə onu döyüb xidməti maşına əyləşdirən zaman ünvansız söyüşlər söymüşdür. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs yol hərəkəti qaydalarını pozmamış, pozması barədə də polis əməkdaşları tərəfindən heç bir subut təqdim edilməmişdir. Eləcə də, heç bir polis əməkdaşlarına tabesizlik etməmişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis şöbəsinin DYPBnin YPX-nin polis X1 izahat verib bildirdi ki, 14.02.2022-ci il tarixdə saat 10:15 radələrində xidməti maşında xidmət yoldaşları polis baş serjantı Samir Xanaliyev və Bayramlı İlhamla BMW markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla dislakasiya üzrə xidmətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 121 km. yol hərəkəti qaydalarını pozduğu üçün tərəflərindən saxlanıldı və sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, etdiyi qayda pozuntusun izah edərkən sürücü qərəzli olaraq, onun ərazisi deyil o istəsə onların maşının üstünə keçər. O, vətəndaşı nizam intizama dəvət etsədə, sürücü nizam intizama tabe olmamış, söyüş təhqir etməyə başlamış, qəflətən idarə etdiyi maşına əyləşərək qəfildən sürətləndirməklə hərəkət etmişdir. Onlar onu məcburi qaydada dayandırmışlar. Sonra Şəxs yaxınlaşaraq etdiyi inzibati xətanı ona izah edilmiş və rayon polis şöbəsinə dəvət edilmiş, lakin o bütün buna baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamış, onlarla uca səslə mübahisə etməyə başlamış, onu dəfələrlə nizam intizama dəvət etsələrdə o onların qanuni tələblərinə qəsdən tabe olmamış və həmin şəxs RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis şöbəsinin DYPBnin YPX-nin polis X2 izahat verib bildirdi ki, 14 fevral 2022-ci il tarixdə Şamaxı rayon Polis şöbəsinin DYPB-nin YPX-nin polis X10 ilə xidməti ərazidə xidmətdə olarkən Bakı-Şamaxı- Yevlax yolunun 121 km. xidmət aparan zaman Ağsu rayon istiqamətindən **-TM-*** dövlət qeydiyyat nişanlı “LADA PRİRORA” markalı avtomobilin yol hərəkəti qaydalarını pozduğunu müşahidə etmişlər və həmin maşını saxlamışlar. Törətdiyi qanun pozuntusunu ona izah etmişlər, o isəonların sözlərinə məhəl qoymayaraq onların yanına kobud qayda pozuntu törədərək yanlarından uzaqlaşmış və onlar onun arxasınca düşmüşlər. Şamaxı rayon Avtovoqzalının dairəsində adı sonradan onlara məlum olan Şəxs adlı vətəndaşa çatmışlar və onu saxlamışlar, qanunlara əməl etməyə dəvət etmişlər, o isə cavab olaraq həmin əraziyə onların heç bir aidiyyətlərinin olmadığını, istədiyi kimi hərəkət edə biləcəyini, plois şöbəsinə getməyəcəyini bildirmiş və onlara əl-qol hərəkətləri ilə müqavimət göstərməyə başlamış, sonradan onlar PPX-nin köməkliyi ilə həmin şəxsi Şamaxı rayon Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 şahidlər Şamaxı rayon Polis şöbəsinin DYPB-nin YPX-nin polis X2 və X12 oğlu ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verib bildirdi ki, 14.02.2022ci il tarixdə saat 11:00 radələrində Ağsu rayonundan Bakı şəhərinə gedərkən Şamaxı rayon Avtovoqzalının ətrafında əvvəlcədən tanımadığı Şəxs avtomobilini polis əməkdaşları tərəfindən saxlanılmasını görmüş, həmin vaxt Mirsahib adlı şəxsi polis əməkdaşları avtomobildən düşürmək istəyirdilər və aralarında mübahisə olmasını görüb şəxsi telefonu ilə video lentə almaq qərarına gəlmişdir. Daha sonra etdiyi videonu könüllü olaraq silmişdir. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin DYPB-nin YPX-nin polis X5 14 fevral 2022-ci il tarixli raportundan görünür ki, 14.02.2022-ci il tarixdə saat 10:15 radələrində xidməti maşında xidmət yoldaşları polis baş serjantı Samir Xanaliyev və Bayramlı İlhamla BMW markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla dislakasiya üzrə xidmətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 121 km. yol hərəkəti qaydalarını pozduğu üçün tərəflərindən saxlanıldı və sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, etdiyi qayda pozuntusun izah edərkən sürücü qərəzli olaraq, onun ərazisi deyil o istəsə onların maşının üstünə keçər. O, vətəndaşı nizam intizama dəvət etsədə, sürücü nizam intizama tabe olmamış, söyüş təhqir etməyə başlamış, qəflətən idarə etdiyi maşına əyləşərək qəfildən sürətləndirməklə hərəkət etmişdir. Onlar onu məcburi qaydada dayandırmışlar. Sonra Şəxs yaxınlaşaraq etdiyi inzibati xətanı ona izah edilmiş və rayon polis şöbəsinə dəvət edilmiş, lakin o bütün buna baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamış, onlarla uca səslə mübahisə etməyə başlamış, onu dəfələrlə nizam intizama dəvət etsələrdə o onların qanuni tələblərinə qəsdən tabe olmamış və həmin şəxs RPŞ-nə gətirilmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43,114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar