Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-582/2024 30.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Qobustan rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Qobustan rayonu, Təklə Mirzəbaba kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Nurlan” Şadlıq sarayının qarşısında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmaması aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-ü il tarixdə kənddən tanışlarının Şamaxı şəhərində yerləşən Nurlan şadlıq sarayında keçirilən toy məclisində iştirak etmişlər. Toy zamanı spirtli içkini çox qəbul etdiyi üçün şadlıq sarayının qarşısında əmisinə onu evə aparmağı xahiş etmiş, əmisi və dayısı onu maşına mindirərək həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim edərək ictimai qaydanı pozduqlarını bildirmişlər və onları polis şöbəsinə dəvət etdikdə, o, onlarla polis şöbəsinə getmişdir. Polis Şöbəsinə gedərkən içkili vəziyyətdə olmuşdur. Etdiyi əməldən peşmandır. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin vaxt nəlayiq ifadələr işlətməmiş, sadəcə ola bilsin zarafatlaşarkən uca səslə danışmışdır. Polis şöbəsində verdiyi izahatla hazırki izahatı arasında ziddiyətlərin olmasının səbəbini bilmir. Həmin gün spirtli içkini çox qəbul etdiyindən olanları tam da xatırlamır. Polis əməkdaşları onu şöbəyə apararkən səbəbini soruşmuş, olan bilsin həmin vaxt nəsə demişdir lakin hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Röyad Hüseynov və X8 şəhəri, M.Ə.Rəsulzadə küçəsində birlikdə xidmətdə olan zaman həmin küçədə yerlşən Nurlan şadlıq sarayının qarşısında 3(üç) nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək bir-biriləri ilə mübahisə etməyə başladıqlarını görmüşlər, həmin vaxt onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, etdikləri qayda pozuntusunu onlara izah etmişlər. Həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymaraq öz qanunsuz hərəkətlərinə davam etmişlər, onları dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq uca səslə nalayiq ifadələr işlədərək qanuni tələblərinə məhəl qoymayaraq onlara qəsdən tabe olmamışlar və həmin şəxslər barəsində tədbir görülməsi Rayon Polis Şöbəsinə gətirilmişlər. Rayon Polis Şöbəsinə gələn zaman ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan şəxslərin X2, Şəxs və X3 olduğu məlum olmuşdur. Şəxs şöbəyə gəldindən sonra isə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X6 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 119 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Novruz Cabarov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Röyad Hüseynov və X8 şəhəri, M.Ə.Rəsulzadə küçəsində birlikdə xidmətdə olan zaman həmin küçədə yerlşən Nurlan şadlıq sarayının qarşısında 3(üç) nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək bir-biriləri ilə mübahisə etməyə başladıqlarını görmüşlər, həmin vaxt onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, etdikləri qayda pozuntusunu onlara izah etmişlər. Həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymaraq öz qanunsuz hərəkətlərinə davam etmişlər, onlar onları dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq uca səslə nalayiq ifadələr işlədərək qanuni tələblərinə məhəl qoymayaraq onlara qəsdən tabe olmamışlar və həmin şəxslər barəsində tədbir görülməsi Rayon Polis Şöbəsinə gətirilmişlər. Rayon Polis Şöbəsinə gələn zaman ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan şəxslərin X2, Şəxs və X3 olduğu məlum olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi və inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXMnin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 30 sentyabr 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-582/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-582/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver