Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-588/2024 03.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 02 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı alınmış, izahatlar ilə MTE-nin 03 iyun 2024-cü il tarixli 144 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, Şamaxı rayonu Qonaqkənd kəndinə müvəqqəti işləmək üçün gəlmiş, kəndə qaldığı müdətdə Nişanədən başqa heç kimlə şəxsi ədavəti dava-dalaşı olmamışdır. Lakin 2023-cü ilin yaz aylarında o, yaşadığı Qonaqkənd kəndində olduğu zaman qonşulardan birindən xahiş etmiş ki, çəkilmiş sudan haqqını ödəyərək ona da pay verilsin bu zaman qonşular hamısı razı olmuş, o, həmin sudan təxmini 2-3 gün istifadə etmiş, 3-cü günündə Nişanə adlı qadın gəlib həmin su xəttini çıxartmış, onunla mübahisə yaratmış, ona hansı səbəbdən su vermədiyini soruşduqda yaxşı etdiyini, pulunun olduğunu suyu çəkdirə biləcəyini demişdir. Ondan bu günə kimi Nişanə adlı şəxs ilə münasibətləri olmamışdır. Qardaşı 2008-ci il təvəllüdlü Xəyal Rzazadə ilə bir ildir ki, həmin kəndə yaşayır. 01 iyun 2024-cü il tarixində Şamaxı rayonu Qonaqkənd kəndində kirayə qaldığı Natiq Mikayılovun evində o, atası İqbal Rzazadə, anası Pərvaz Abduləzizova və qardaşı Xəyal Rzazadə ilə həyətdə oturub söhbətləşdikləri zaman evin arxa tərəfində Nişanə və onun yanında olan qardaşı oğlu Rüfəti görmüşdür. Həmin vaxt o, icazə almadan həyətinə niyə daxil olduğunu Nişanədən soruşduqda Nişanə ona yaxşı etdiyini demiş üzərinə gəlmiş,o, onu itələmiş ki, onun üzərinə gəlməsin bu zaman ehtiyyatsızlığından onun sağ əlinin dırnağı onun burnuna dəyib burnunu cızmış həmin vaxt yaşadığı evin həyətində onun ünvanına nalayiq sözlər işlətmişdir. Buna baxmayaraq o, heç bir reaksiya verməmiş, onun müvəqqəti qaldığı evin həyətini tərk etməsini tələb etmişdir. Nişanə adlı qadın burda onun evinin olmadığını, yaxşı etdiyini demişdir. İşi ilə məşğul olmağını. dünəndə girdiyini, ona çıxıb getməyini dediyi zaman o, tələb etmiş ki, təkrar evi dərhal tərk etsin. Ona qarşı nalayiq sözlər işlətmişdir. Yanındakı qardaşı oğlu az yaşlı Alıyev Rüfət gedəndən sonra onun arxasınca getmişdir. Küçədə olduğu zaman yenə ünvanlı nalayiq sözlər işlətmişdir. O, qorxub çölə çıxmamış ki, ona nəsə ziyan vurar sonrada Nişanə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Həmin hadisə zamanı Nişanə adlı şəxs müvəqqəti qaldığı evin həyətindən çıxmağını tələb etdiyi zaman üzərinə gəlmiş, bu vaxt onu yalnız itələmiş, dırnağı üzünü cızmışdır. Başqa ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa, Nişanə adlı şəxs, onun qardaşı oğlu Rüfət, atası İqbal Rzazadə, anası Pərvaz Abduləzizova və qardaşı Xəyal Rzazadə olmuş başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə iki-üç dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Nişanə adlı şəxs onun ünvanına təhqiramiz sözlər işlətmiş, kəndə yaraşmadığını demiş, camaat arasında onun şərəf və ləyaqətini alçaltmışdır. Qeyri-etik sözlər "əxlaqsız, tətbiyəsiz" kimi sözlər işlətmişdir. Qardaşı heç ona yaxın gəlməmiş, o yola çıxanda onun ailəsi ondan uzaq durmağını demiş, onu yola çıxmağa qoymamışlar. Onun burnunun cızılmasından başqa heç bir xəsarəti olmamışdır. Başqa dedikləri yalandır. Onunla mübahisəsi olduğuna görə hələdə ədavət aparır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə dəfələrlə barışmaq istəsə də, o razılaşmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Sevinc adlı kəndəki müəllimə və onun az yaşlı qardaşı ilə heç bir münasibəti olmamışdır. O, yaşadığı kəndə əvvəllər yaşayan Natiq adlı şəxsin evinin həyətində onun icazəsi ilə qardaşı oğlu Rüfət Əliyev ilə birlikdə 01 iyun 2024-cü il tarixdə ot biçərkən həmin evdə də Bakı şəhərindən kəndlərinə ingilis dili müəlliməsi kimi gələn Sevinc adlı qadın onların həyətində icazə ilə ot biçdiyi zaman qəfildən boynu və kürəyinə iki-üç dəfə vumruq vurmuşdur. Sonra onlar asvalt yola çıxdıqları zaman Sevincin yanında qalanlar qardaşı və atası üstünə düşmüşlər. Onun Sevincin atası qolundan yapışmış ki, ona baş qoşmasın, bu zaman qızı Sevinc əli ilə üzünü cırmış, onun qardaşı isə onun boynuna bir yumruq və iki təpik atmışdır. Həmçinində hər ikisi onu söyüb təhqir etmişlər. Sonra Sevincin atası onları aralaşdırmış, oda hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, məlumat əsasında isə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı o, onlara qarşı heç bir qanunsuz hərəkət etməmiş, onlara heç bir gücü çatmamışdır. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa, Sevinc onun qardaşı, anası, atası və birdə onun qardaşı oğlu Rüfət olmuş, başqa heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə ononbeş dəqiqə ərzində davam etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 144 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vəlixan qızının almış olduğu xəsarət-sağ göz altı nahiyyənin sıyrığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yeirilməsi mümkündür. Zərərçəkmiş şəxs Vəlixan qızının almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu, Qonaqkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bakı şəhəri ünvan 3 ünvanda yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, Şəxs özünü təhqir olunmuş hesab edirsə bununla əlaqədar rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edə biləcəyi ona izah edilmiş, X3 özünü təhqir olunmuş hesab edirsə bununla əlaqədar rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edə biləcəyi ona izah edilmiş, qərarın surətləri X3, Şəxs qızma verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-588/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-588/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver