Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-59/2022 28.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Zərərçəkmiş şəxs Adgözəlova (Mehdiyeva) Aytən İlqar qızının, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şamaxı rayonu, Nüydü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Nüydü kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 06.07.2020-ci il tarixli 2(074)-547/2020 saylı icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şamaxı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 3(074)-59/2022 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlnmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şamaxı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 3(074)-59/2022 saylı qərarı ilə razılaşmayan tələbkar Adgözəlova (Mehdiyeva) Aytən İlqar qızı apellyasiya şikayəti vermiş, qeyd edilən qərarın ləğv edilməsini, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-192/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin olunmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şamaxı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 3(074)- 59/2022 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Şamaxı Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmiş, lakin hal-hazırda işləmir, amma 3-cü qrup əlildir 120.00 (bir yüz iyirmi) manat sosial müavinət alır. Müavinətini alan kimi ödəniş edəcəkdir. Eyni zamanda bildirdi ki, o ödənişlər edirmiş, sonra tələbkar yoxa çıxdı və ödənişlər dayanmışdır. Sonuncu dəfə isə 25.04.2022-ci il tarixdə 70 və 10 manat ödəniş etmişdir. Aliment borcunu hissə-hissə ödəyərək bitirəcəkdir. Maddi imkanının çox çətin olmasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır, amma bugün ki, vəziyyətdə onun 120 manat müvinətində başqa heç bir gəlir yeri yoxdur. Buna baxmayaraq borclu Şəxs maddi imkanı çatan qədər borcundan ödənişlər edib. Sonuncu dəfə isə 25.04.2022-ci il tarixdə 80 manat ödəniş etmişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Adgözəlova (Mehdiyeva) Aytən İlqar qızı izahat verib bildirdi ki, o, aliment borcunun tam şəkildə ödənilməsini tələb edir, sonuncu dəfə karta 100 manat ödəniş olmuş, amma 80 manatdan xəbəri yoxdur. Hal-hazlda borclunun borcu 1000 manat çoxdur. Borclu Şəxs şikayətçidir. Odur ki, hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 547/2020 saylı, 06.07.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 06.07.2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 12.06.2013-cü il təvəllüdlü X4 və 14.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla cəmi 170 manat sabit pul məbləğində aliment tutulub tələbkar X3 verilməlidir. Borclu Şəxs barəsində olan məhkəmə qərarı üzrə yaranmış borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən borcluya rəsmi və şifahi qaydada barəsində borcun ödəmədiyi halda məsuliyyət ona izah edilmiş, lakin borcunu ödəməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış elan edilmiş və borcunu ödəməsi barədə ona dəfələrlə xəbərdarlıq edilmişdir.Eyni zamanda qeyd edir ki, icra sənədi üzrə ümumilikdə 1620 manat borclu Şəxs tələbkar X2 hesabına ödənilmişdir. Hal-hazırda borclu Şəxs icra sənədi üzrə aliment borcu 1950 manat təşkil edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)- 547/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 06.07.2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 12.06.2013-cü il təvəllüdlü X4 və 14.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla cəmi 170 manat sabit pul məbləğində aliment tutulub tələbkar X3 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 09 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)-547/2020 saylı icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-151/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərardadıının surətindən görünür ki, borclu xx.xx.1990-cı ildə Şamaxı rayonu Nüydü kəndində anadan olmuş, Şamaxı rayonu Nüydü kəndində Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında 24.01.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Şamaxı rayonu Nüydü kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X9 filialının məktubundan görünür ki, vətəndaş Şəxs filialdan heç bir növ əmək pensiyası almır, lakin 3-cü dərəcəli Əlilliyə görə 01 noyabr 2021-ci il tarixdən müddətsiz 120.00 (bir yüz iyirmi) manat sosial müavinət alır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, 06.07.2020-ci iul tarixli 2(074)-547/2020 saylı icra sənədi üzrə ümumilikdə 1620 manat borclu Şəxs tələbkar X2 hesabına ödənilmişdir. İcra sənədi üzrə aliment borcu 1950 manat təşkil edir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən X3 21.02.2022-ci il tarixdə 80 manat, 29.03.2022-ci il tarixdə 80 manat, 25.04.2022-ci il tarixdə 70 və 10 manat məbləğində aliment pulu ödənilmişdir. Bundan başqa iş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən X3 01.06.2021-ci il tarixdə 130 manat, 28.04.2021-ci il tarixdə 130 manat, 13.10.2021-ci il tarixdə 100 manat, 15.10.2021-ci il tarixdə 100 manat, 01.12.2021-ci il tarixdə 50 manat, 15.12.2021-ci il tarixdə 100 manat, 13.01.2022-ci il tarixdə 302 manat, 07.02.2022-ci il tarixdə 100 manat məbləğində pul köçürməsi olmuşdur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, heç bir yerdə işləmədiyindən, yalnız 3-cü dərəcəli Əlilliyə görə 01 noyabr 2021-ci il tarixdən müddətsiz 120.00 (bir yüz iyirmi) manat sosial müavinət aldığından və maddi imkanı olmadığından borcunu ödəyə bilməmiş, maddi imkanın yol verdiyi həddə borcundan ödənişlər etmiş və sonuncu dəfə 25.04.2022-ci il tarixdə 80 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(074)-59/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-59/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver