Məhkəmə qərarları › İş №3(074)-59/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-59/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-59/2025 13.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Qida X1 X2 daxil olmuş inzibati material üzrə işin baxılmağa hazırlanması zamanı müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Qida X1 X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-596/2024 nömrəli, 16 noyabr 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraaat xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraaat xitam verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 3(074)-596/2024 nömrəli, 16 noyabr 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş və işə yenidən baxılması üçün inzibati material Şamaxı Rayon Məhkəməsinə hazırlıq iclası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İş materiallarında görünür ki, Şəxs ********** nömrə ilə qeydə alınmış VÖEN-lə “buğdanın becərilməsi” növündə fəaliyyətlə məşğul olsada, məhkəmədə özü etiraf etmişdir ki, öz həyətində 11 baş iribuynuzlu mal-qara saxlayır. Lakin, nodulyar dermatit xəstəliyinə qarşı aparılmış peyvəndləmənin adlı siyahısından görünür ki, 2024-cü ilin may ayında Şəxs 30 baş iribuynuzlu heyvanı peyvəndlənmişdir. Göründüyü kimi, Şəxs vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi heyvandarlıqla məşğul olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş və Azərbaycan Respublikası Qida X1 X2 daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş və Azərbaycan Respublikası Qida X1 X2 daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar