Məhkəmə qərarları › İş №3(074)-593/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-593/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-593/2024 17.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X2 X12 nümayəndələri X10 və X6 iştirakları ilə, Azərbaycan Respublikası Qida X2 X19 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 07 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida X2 X19 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 07 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Şamaxı şəhəri, Qazax yolunun yanı 120 ünvanında yerləşən “Şirvangöl” Şadlıq sarayını işlədir. X1 (Ş/V:AA5493790/xx.xx.1979/2H87H23) 19 sentyabr 2024-cü il tarixdə, toy sahibi olaraq, “Şirvangöl şadlıq sarayını toy şənliyini keçirmək üçün icarəyə götürmüşdür.Toy şənliyində istifadə olunan bütün ərzaq və içkilər o cümlədən alkaqollu içkilər toy sahibi X14 tərəfindən şadlıq sarayına gətirilmiş və istifadə edilmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikasının Qida X2 X12 baş məsləhətçisi X11 və məsləhətçisi X15 tərəfindən, Şamaxı şəhəri, Bakı-Qazax yolunun yanı 120 ünvanında yerləşən “Şirvangöl” Şadlıq sarayında plandan kənar yoxlama keçirmişlər. Qida obyetinə (Şadlıq sarayı) daxil olmuş ətin bayratlıq arayışı və “Oneqin” əmtəə nişanlı alkaqollu içkinin idxal sağlamlıq aktı yoxlamaya toy sahibi X14 tərəfindən təqdim olunmamışdır. Yoxlamanın nəticəsində QTAnin Dağlıq X12 əməkdaşları tərəfindən 20 sentyabr 2020-ci il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol və toplanmış materiallar əsasında QTA-nin Dağlıq X12 rəisi X4 tərəfindən xx.xx.2024-cü il tarixdə İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli Qərar çıxarılmışdır ki, vəzifəli şəxs X7 Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin toy şənliyi zamanı sahibkar olaraq onun tərəfindən toy şənliyində istifadə edilməsi üçün heç bir ərzaq məhsulları və alkaqollu içkilər alınmamış və toy şənliyində istifadəyə verilməmişdir. Qeyd edilən toy şənliyində xx.xx.2024-cü il tarixində istifadə edilən bütün növ ərzaq məhsulları, içkilər o cümlədən alkaqollu içkilər toy sahibi X14 tərəfindən tədarük edilmiş və toy iştirakçılarının istifadəsinə verilmişdir. Lakin həmin hadisə vaxtı araşdırma aparan QTA-nın Dağlıq X12 əməkdaşları tam hərtərəfli və obyektiv araşdırma aparmadıqlarından, ərzaq və içkiləri tədarük edən toy sahibi X8 barəsində deyil, əsassız, qanunsuz və son dərəcə ədalətsiz qərarı qəbul edərək onun barəsində inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişlər. Bunun nəticəsində, QTA-nın Dağlıq X12 rəisi X4 əsassız və qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar çıxartmışdır ki, o, vəzifəli şəxs X7 Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. QTA-nin Dağlıq Regional bölməsinin baş məsləhətçisi X11 və məsləhətçisi X15 tərəfindən tərtib edilmiş MN ******* saylı İnzibati xəta haqqında protokol və QTA-nın Dağlıq X12 rəisi X4 tərəfindən tərtib edilmiş MN ******* saylı İnzibati tənbeh haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X2 X12 nümayəndəsi X16 izahat verərək bildirdi ki, vətndaş tərəfindən şikayət daxil olmuşdur ki, “Şirvangöl” şadlıq sarayında “Oneqin” əmtəə nişanlı alkoqollu içkinin saxta növü qonaqlara təqdim olunmuşdur. Bununla bağlı Şamaxı şəhəri, Bakı-Şamaxı-Yevlax şossesinin 120-ci km ünvanında fəaliyyət göstərən “Şirvangöl” şadlıq sarayında plandankənar yoxlama aparılmışdır. Yoxlama zamanı həmin içkiyə aid olan boş butulkalara rast gəlmiş və məlum olmuş ki, həmin içki saxtalaşdırılmışdır. Eyni zamanda məlum olmuşdur ki, həmin içki idxal məhsuludur, həmin içkinin müşaiətedici sənədi təqdim olunmamış və ətin baytarlıq arayışı olmamışdır. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X2 X12 nümayəndəsi X10 izahat verərək bildirdi ki, şikayətin təmin edilməməsini məhkəmədən xahş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida X2 X12 MN ******* nömrəli, 07 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şamaxı şəhəri, Bakı-ünvan 6 ünvanında yerləşən “Şirvangöl” şadlıq sarayında “Oneqin” əmtəə nişanlı alkoqollu içkinin müşaiətedici sənədinin təqdim olunmamasına və ətin baytarlıq arayışının olmamasına görə vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X2 X12 MN ******* nömrəli, 20 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, Bakı-ünvan 6 ünvanında yerləşən “Şirvangöl” şadlıq sarayında yoxlama zamanı “Oneqin” əmtəə nişanlı alkoqollu içkinin müşaiətedici sənədinin təqdim olunmamasına və ətin baytarlıq arayışının olmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair çıxarışından görünür ki, X7 ********** VÖEN ilə vergi uçotu orqanında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3 regional bölməsinin ŞYQ- 24/326 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, vəzifəli şəxs X7 tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədilməsi ilə bağlı işə baxılması Şamaxı şəhəri, Bakı-Şamaxı- Yevlax şossesinin 120-ci km ünvanında yerləşən Azərbaycan Respublikasının QidaTəhlükəsiziiyi X13 regional bölməsində 07 oktyabr 2024-cü il tarixdə saat 12:00-a təyin edilmiş, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işə baxılmasında iştirakı təmin edilməsi qarara alınmışdır. X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, təqdim edilmiş fotoşəkillərdən proses iştirakçılarının məhkəmə iclasındakı izahatlarından da görünür ki, Şirvangöl” şadlıq sarayında “Oneqin” əmtəə nişanlı alkoqollu içkinin müşaiətedici sənədinin təqdim olunmamış və ətin baytarlıq arayışı olmamaışdır. Məhkəmə qeyd edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X2 X12 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Qida X2 X19 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar