Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-60/2023 13.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində vətəndaş Şəxs Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsində ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, dəfələrlə polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, A.Məmmədağa küçəsində yerləşən Şamaxı şəhər stadionunda keçirilən futbol yarışı ilə bağlı olaraq övladı orda olmuş, oda onu götürmək üçün həmin küçədə avtomobilini yolun hərəkət hissəsində saxlamış, daha sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və avtomobili yolun hərəkət hissəsindən götürməyini demişlər və onu polis əməkdaşları avtomobilindən düşürtmüşlər. Daha sonra polis əməkdaşları onu RPŞ-nə dəvət etmişlər, lakin ilk öncə o buna razı olmamış, buna etiraz etmiş və bu barədə DİN-nin “102" xidmərinə zəng edərək bu barədə məlumat vermiş, bundan sonra isə polis əmkdaşları onu RPŞ-nə gətirmişlər. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin manqa komandiri X3 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində Şamaxı şəhəri, A.Məmmədağa küçəsində yerləşən Şamaxı şəhər stadionunda keçirilən futbol yarışı ilə bağlı Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri Vüsal Səfərov, Adil Məmmədov və Elşən Gülməmmədovla birlikdə xidmətdə olarkən bir nəfər şəxsin idarə etdiyi Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsində saxlayıb yerə düşmək istəyərkən onlar həmin sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsə avtomobilini yolun hərəkt hissəsindən götürməsini, digər sürücülərə mane olmamaq üçün düzgün yerdə saxlamasını bildirmişlər, sürücü isə aqressiv şəkildə onlara işinizlə məşğul olun, deyəsən siz məni yaxşı tanımadınız deyərək onların ünvanına nalayiq ifadlər işlətməyə başlamış, onlar onu nizam-intizama dəvət edərək həmin şəxsə avtomobilini yolun hərəkət hissəsindən götürməsini və nalayiq ifadələr işlətməməyi dəfələrlə bildirsələr də, həmin şəxs oraya yığışan kütlə qarşısında özünü nümayiş etdirərək onların dediklərinə məhəl qoymaraq polisin qanuni tələblərinə tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmiş, bundan sonra onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər və həmin şəxs yenədə polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, daha sonra həmin şəxsi RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuş ki, ictimai qaydanı pozaraq nalayiq ifadlər işlədən və polisin qanuni tələblərinə tabe olmayan şəxs X1r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları X7 və X2 RPŞ-nin PPXB-nin manqa komandiri X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin manqa komandiri Telman Zərbaliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində Şamaxı şəhəri, A.Məmmədağa küçəsində yerləşən Şamaxı şəhər stadionunda keçirilən futbol yarışı ilə bağlı Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri Vüsal Səfərov, Adil Məmmədov və Elşən Gülməmmədovla birlikdə xidmətdə olarkən bir nəfər şəxsin idarə etdiyi Toyoto Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsində saxlayıb yerə düşmək istəyərkən onlar həmin sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsə avtomobilini yolun hərəkt hissəsindən götürməsini, digər sürücülərə mane olmamaq üçün düzgün yerdə saxlamasını bildirmişlər, sürücü isə aqressiv şəkildə onlara işinizlə məşğul olun, deyəsən siz məni yaxşı tanımadınız deyərək onların ünvanına nalayiq ifadlər işlətməyə başlamış, onlar onu nizam-intizama dəvət edərək həmin şəxsə avtomobilini yolun hərəkət hissəsindən götürməsini və nalayiq ifadələr işlətməməyi dəfələrlə bildirsələr də, həmin şəxs oraya yığışan kütlə qarşısında özünü nümayiş etdirərək onların dediklərinə məhəl qoymaraq polisin qanuni tələblərinə tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmiş, bundan sonra onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər və həmin şəxs yenədə polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, daha sonra həmin şəxsi RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuş ki, ictimai qaydanı pozaraq nalayiq ifadlər işlədən və polisin qanuni tələblərinə tabe olmayan şəxs X1r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA № 019656 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:22 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini və Şəxs ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXMnin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-60/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-60/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver