Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-606/2024 04.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul xidməti baş inspektor, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1996-cı ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul xidməti baş inspektor, polis leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi “VAZ 21144” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitəsinin təsiri altında idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, yoxlama zamanı sürücülük vəsiqəsinin müddətinin bitməsi, avtomobili etibamaməsiz idarə etməsi aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs saxlanılan zaman gərgin olmuş və gözləri sulanmışdır, ona görə də şöbəyə dəvət edilərək sərxoşluq müayinəsindən keçirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində idarə etdiyi “Vaz 21144” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı Göylər yolunda hərəkətdə olarkən “Kia Sportage” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşını tərəfindən saxla işarəsi verilərək saxlanılmışdır. Yoxlama zamanı sürücülük vəsiqəsinin müddətinin bitməsi və avtomobili etibamaməsiz idarə etməsi aşkar edilərək sərxoşluq müayinəsindən keçmişdir. Daha sonra narkotik vasitələrdən, psixotrop maddələrdən yoxlanmaq üçün Şamaxı RPŞ-nin DYPB-nə dəvət edilmişdir. Yoxlanış zamanı narkotik vasitə olan marixuana testi onda pozitiv çıxmışdır. O, törətdiyi əmələ görə çox peşmandır, səhv etmişdir. Marixuanadan saxlanılmamışdan bir neçə saat əvvəl istifadə etmişdir. Vətən müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində Şəxs idarə etdiyi “VAZ 21144” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 03 noyabr 2024-cü il tarixli, 121 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə zamanı Şəxs sidiyində marixuana qəbul etməsi faktı aşkarlandır. İş materiallarında olan 03 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan Şəxs sürücülük vəsiqəsinin olub-olmaması Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin Mərkəzi Məlumat Xidmətinin bazasında yoxlanılmış, Şəxs məxsus sürücülük hüququnun olmaması müəyyən edilmişdir. İş materiallarında olan M/V 148576 nömrəli vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranıdır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, Şəxs etirafedici izahatının dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-nin 334-1.1-ci maddəsinin sansiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-606/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-606/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver