Məhkəmə qərarları › İş №3(074)-607/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-607/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-607/2024 05.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Şamaxı Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, icra sənədinə əsasən 06 may 2024-cü il tarixdə Sumqayıt 1 saylı X1 Afaq Alim qızı ilə Şəxs arasında aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2024/00983 nömrəli barışıq sazişi təsdiq edilmişdir: “Tərəflərin rəsmi nikahından doğulmuş 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, 470 manat alimentin iyun ayının 1-dən başlayaraq, hər ayın sonuncu günündən gec olmayaraq, Zərərçəkmiş şəxs ödəyəcəyinə dair öhdəlik götürdü; Şəxs övladları 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs himayəsinə verilməsinə (yanında yaşamasına) razıdır; Zərərçəkmiş şəxs 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X4 ataları Şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan, sərbəst şəkildə görüşüb ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürdü”. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədində göstərilmiş tələbi icra etməmişdir. Borclu hazırda mövsüm ilə əlaqədar olaraq işsiz olmasını və ödəniş etməyə imkanının olmamasını bildirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 2356 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, yazılmış alimentlə razı deyildir. Düzdür barışıq sazişi onun razılığı ilə olmuş, amma o, elə bilmiş ki, iki uşağa görə 235 manatdır. Biləndən sonra isə mübahisələndirməyə imkanı olmamışdır. 5 ay müddətində heç bir ödəniş etməmiş, ödəniş etməyədə imkanı yoxdur. O, ayda ancaq 50-60 manat ödəniş edə bilər. Hazırda heç bir yerdə işləmir, sabit aylıq gəliri yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 4 ildir ki, ata evindədir, bu müddət ərzində Şəxs heç bir ödəniş etməmişdir. Uşaqlarıda nə vaxt istəyir gəlib görür, axırıncı dəfə avqust ayının 26-da gəlib görmüşdür. Uşaqlarını gəlib görməsi ilə bağlı ona heç bir məhdudiyyət qoyulmamışdır. Şəxs özü gəlib uşaqları görmür və heç bir maddi köməklik etmir. Şəxs usta işləyir, yaxşı qazancıda var, özü istəsə ödəniş edə bilər. Ona görə borclunun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-268/2023 saylı, 27 mart 2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, 06 may 2024-cü il tarixdə Sumqayıt 1 saylı X1 Afaq Alim qızı ilə Şəxs arasında aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2024/00983 nömrəli barışıq sazişi təsdiq edilsin: “Tərəflərin rəsmi nikahından doğulmuş 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, 470 manat alimentin iyun ayının 1-dən başlayaraq, hər ayın sonuncu günündən gec olmayaraq, Zərərçəkmiş şəxs ödəyəcəyinə dair öhdəlik götürdü; Şəxs övladları 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018-ci il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs himayəsinə verilməsinə (yanında yaşamasına) razıdır; Zərərçəkmiş şəxs 20 aprel 2015-ci il təvəllüdlü X5 və 01 iyun 2018ci il təvəllüdlü X4 ataları Şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan, sərbəst şəkildə görüşüb ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürdü”. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 16 oktyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 noyabr 2024-cü il tarix, saat 18:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar