Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-608/2024 14.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektor polis kapitanı X3, Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X6 şikayət verərək həmin qərarın ləğv edilməsi və Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektor polis kapitanı X3 barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 sentyabr 2024-cü il tarixdə özünə məxsus “Porsche Cayenne” markalı, **-RL-*** qeydiyyat nişanlı avtomaşınla (xəstə uşağını Bakıya, əvvəlcədən razılaşdırılmış həkim qəbuluna) Bakı şəhərinə gedərkən, Şamaxı rayonu ərazisində, daha dəqiq desək X1rşısında hərəkətdə olarkən heç bir əsaslı səbəb olmadığı halda Şamaxı rayonu Yol Patrul Xidmətinin baş inspektor polis kapitanı X5 onu saxlamışdır. Həmin ərazinin stasionar post olmadığını, həmçinin müvafiq reydin keçirilməsi nəzərdə tutulmadığı ərazi olmasına baxmayaraq, inspektorun tələbinə əməl edərək avtomaşını yolun kənarında saxlamışdır. İnspektor ondan müvafiq sənədləri tələb etdikdə, ona sənədlərin üzərində olmadığını bildirmişdir. Bundan sonra inspektor ona öncəgörmə və falçılıq qabiliyyətinin olmadığını sərt səkildə və polis nəfərinə yaraşmayan tərzdə bildirmişdir. Oda belə olan halda, hüquqlarının bort-kompüter vasitəsilə yoxlamasını xahiş etmiş, inspektor nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini yoxlamış, bütün sənədlərin qaydasında olduğunu müəyyən edildikdən sonra hərəkətə davam etməyinə icazə verməmişdir. Ona qarşı səbəbi bəlli olmayan qərəzi əsaslandırmaq üçün inspektor heç bir əsaslı səbəb olmadığı halda ona bildirmişdir ki, guya o, tənzimləyən piyada keçidində hansısa piyadaya yol verməyib, yol hərəkəti qaydasını pozmuşdur. O, inspektora belə hal olmadığını bildirməklə, inspektordan iddia etdiyi qayda pozuntusunu, yəni konkret olaraq ona istinad olunan inzibati xəta hadisəsinin baş verməsini təsdiq edən konkret dəlil və sübutu ona təqdim etməsini, yəni ən azından kamera görüntüsünü, yolu keçən piyadanın görüntüsünü təqdim etməsini tələb etsə də, inspektor onun bu tələblərinə polis əməkdaşına yaraşmayan kobud davranış nümayiş etdirib, qəzəbli səslə onu hədələyərək bildirmişdir ki, “sənə lazımi yerdə istənilən qədər dəlil sübut göstəriləcək''dir. Bundan sonra inspektor tərəfindən ona qayda pozuntusu ilə bağlı hər hansı sənəd tərtib olunmamış, rəsmi protokol yazılmamış və oda hərəkətini davam etdirib Bakı şəhərinə gəlmişdir. Sonradan isə ona SMS vasitəsilə hazırda mübahisələndirilən qərar barədə məlumat daxil olmuşdur. O, həmin qərarı rəsmi qaydada yalnız 28 oktyabr 2024-cü il tarixdə əldə edə bilmişdir. Odur ki, Şamaxı rayon Yol Patrul Xidmətinin baş inspekloru polis kapitanı X5 tərəfindən barəsində İXM-nın 330.0.1-ci maddəsi ilə tərtib olunmuş 11 sentyabr 2024-cü il tarixli İXP6545885 nömrəli protokolun və hamin protokol əsasında həmin maddə ilə barəsində 50 manat miqdarında inzibatı cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında həmin tarixli qərarın ləğv edilməsi və Şamaxı rayon Yol Patrul Xidmətinin baş inspektoru polis kapitanı X5 barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektor polis kapitanı X5 izahat verərək bildirdi ki, X6 idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətinə hərəkət edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmişdir. Ona görədə barəsində protokol tərtib olunmuşdur. X4 etdiyi qayda pozuntusunu təsdiq edən görüntü olan 1 ədəd diski və İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətini məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlmədiyindən və şikayətində işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə inzibati xəta haqqında işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində “PORSCHE CAYENNE E-HYBRİD” minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektor polis kapitanı X5 tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd diskdə olan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, X6 xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində “PORSCHE CAYENNE E-HYBRİD” minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmiş, piyada bir qədər gözləmiş və X6 piyada keçidindən getdikdən sonra piyada yolu keçmişdir. Göründüyü kimi X4 inzibati xəta törətdiyi ərazidə həmin yolda nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməyərək inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X6 xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində “PORSCHE CAYENNE E-HYBRİD” minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektor polis kapitanı X5 tərəfində qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-608/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-608/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver