Məhkəmə qərarları › İş №3(074)-61/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-61/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-61/2022 14.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 14.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, X3 Bakı-Şamaxı-Yevlax yolunda YPX-nin əməkdaşlarına tabesilik göstərmiş və Şəxsda ona köməklik etmişdir. Belə ki, X3 yol hərəkət qaydalarını pozduğu üçün polis əməkdaşları barəsində protokol tərtib edərkən polis əməkdaşlarına tabesizlik göstərmiş, bu zaman Şəxs onları videogörüntüyə çəkmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suala cavab bildirdi ki, Şəxs əməli yalnız polis əməkdaşlarını videogörüntüyə çəkməkdə ifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 14.02.2022-ci il tarixdə saat 11:00 radələrində öz avtomobili ilə Ağsu rayonundan Bakı şəhərinə gedərkən Şamaxı rayon Avtovoğzalının ətrafında əvvəlcədən tanıdığı X1 avtomobilinin polis əməkdaşları tərəfindən saxlanılmasını görmüş, həmin vaxt polis əməkdaşlarının Mirsahibi avtomobildən düşürmək istədiyini və aralarında mübahisə olmasını görüb şəxsi telefonu ilə video lentə almaq qərarına gəlmişdir. Daha sonra şəkdiyi videonu könüllü olaraq silmişdir. Heç bir polis əməkdaşlarına tabesizlik etməmişdir. Onların dəvəti ilə heç bir etiraz etmədən polis idarəsinə getmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs heç bir polis əməkdaşlarına tabesizlik etməmiş, sadəcə Mirsahib adlı şəxsin polis əməkdaşları ilə mübahisə etdiyini görüb şəxsi telefonu ilə video lentə almışdır. Daha sonra etdiyi videonu könüllü olaraq silmişdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, 14.02.2022-ci il tarixdə saat 10:15-radələrində idarə etdiyi **-TM-*** dövlət qeydiyyat nişanlı “LADA PRİRORA” markalı avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən polis əməkdaşları onu saxlamış və o, polis əməkdaşların heç bir qayda pozuntusu etmədiyini əgər etmişdirsə onda protokolu yazıb ünvanına göndərmələrini demiş, polis əməkdaşlarıda onu buraxmışlar. O, da maşına əyləşərək avtomobili qəfildən sürətləndirməklə hərəkət etmişdir. Sonra gözlənilmədən polis əməkdaşları onun avtomobilinin qabağını kəsib, onu məcburi şəklidə RPŞ-nə gətirmişlər. Bu zaman əvvəldən tanıdığı Cəmil adlı şəxs onun polis əməkdaşları ilə mübahisə etdiyini görmüş və özünə məxsus şəxsi telefonu ilə video lentə almaq qərarına gəlmişdir. Daha sonra etdiyi videonu könüllü olaraq silmişdir. Onun polis əməkdaşlarına heç bir tabesizlik etdiyini görməmişdir. İş materiallarında olan 14 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olan “LADA PRİRORA” markalı avtomobilidə sərnişin, qayda pozuntusu törədən sürücü X1 polisə tabesizlikdə köməklik göstərmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasını faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43,114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar