Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-61/2023 14.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Şamaxı rayonu, Mirikənd kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Mirikənd kəndində yaşayan Zərərçəkmiş şəxs müraciətində həyat yoldaşı Şəxs və atası X2 tərəfindən döyülməsini göstərmişdir. Lakin 14 fevral 2023-cü il tarixdə Şamaxı RPŞ-nə təkrar ərizə ilə müraciət edərək atası X1 və keçmiş həyat yoldaşı Şəxs onu döyməsi barədə xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ- nə müraciət etməsini, hal-hazırda atası X2 ilə barışmasını, buna görədə həmin şəxsdən heç bir şikayət və tələbinin olmadığını və keçmiş həyat yoldaşı Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahat ilə MTE-nin rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 31 yanvar 2023-cü il tarixdə işdən evə qayıtmış evə daxil olan zaman evin cox çirikli olduğunu görmüş və Ayselə nə səbəbdən evi təmizləməməsini, uşaqlara və özünə yemək hazırlamasını bildirmiş, Zərərçəkmiş şəxs cavab olaraq xəstə olduğunu bildirmiş və sonuncu ilə mübahisə etməyə başlamış, daha sonra sonuncu qaynatası Əlihüseyn Feyzullayevə zəng vurub olan hadisə barədə məlumat vermiş, təxminən yarım saat sonra onlar yaşadıqları Mirikənd kəndinə yerləşən evə gəlmiş və evə daxil olduqda sonuncu onlara hadisə barədə məlumat vermiş daha sonra qaynatası Əlihüseyn Feyzullayev evin vəziyyətini gördükdən sonra əsəbi halda həyat yoldaşı Zərərçəkmiş şəxs üzərinə gedərək onun üz nahiyəsinə bir dəfə şillə zərbəsi vurmuş o və qaynanası Tənzillə Feyzullayeva araya girərək qaynatası Əlihüseyn Feyzullayevi sakitləşdirmiş daha sonra isə onlar evdən çıxaraq uzaqlaşmış sonuncu isə anası Elmira Hüseyinovaya məxsus evə getmiş daha sonra isə sonuncuya polis əməkdaşları zəng vuraraq həyat yoldaşının onun barəsində şikayət etməsi bildirmiş, hadisə zamanı sonuncu keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, hadisə zamanı hadisə yerində sonuncudan, Əlihüseyn Feyzullayevdan, Aysel Htiseynovadan və Tənzilə Feyzullayevdən başqa heç kim olmamış, hadisə təxminən on-on beş dəqiqə ərzində davam etmiş, hadisə zamanı sonuncu keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs qarşı hec bir qanunsuz hərəkətlər etməmiş, onu döymədiyini və onu öldürməklə hədələmədiyini bildirmiş, 31 yanvar 2023-cü il tarixdə qaynatası Əlihüseyn Feyzullayev əsəbi halda Zərərçəkmiş şəxsnm üz nahiyəsinə bir dəfə şillə ilə zərbə vurduğunu görmüşdür. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, bir neçə gün olar ki xəstə olduğu üçün ev işləri ilə məşğul ola bilmirmiş bu səbəbdəndə keçmiş həyat yoldaşı Şəxs 31 yanvar 2023-cü il tarixdə evə gələrək ona ev niyə çiriklidi və nə səbəbdən evi təmizləmirsən, niye yemək hazırlamamısan deyərək onun üzərinə gəlmiş və onu nalayiq söyüşlərlə təhqir etmiş və onu üz nahiyəsinə şillə zərbəsi vurmuş, o, isə cavab olaraq xəstə olduğu üçün evi təmizləyə bilmədiyini və yemək hazırlamaq üçün isə evdə heç nəyin olmadığını, gedib alıb gətirməsini bildirmişdir. Qeyd edir ki, hadisə olan gündən bir necə gün əvvəl həyat yoldaşı Şəxs onu döymüş ancaq o, bu barədə rayon polis şöbəsinə müraciət etməmişdir. Lakin bu hal mütəmadi xarakter daşıdığından hal-hazırda keçmiş həyat yoldaşı Şəxs şikayətçidir və onunla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi ev 2A D qeydiyyatda olan, Şamaxı rayonu, Mirikənd kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şamaxı rayonu, Mirikənd kəndində yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Həmin qərardan görünür ki, MTE-nin 01 fevral 2023-cü il tarixli 31 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin alın nahiyyəsinin, sağ gözün bayır bucağının, sol bazu və said nahiyyələrinin və bazu nahiyyəsinin qançırları küt əşya təsirindən kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. Həmin xəsarətlərdən sol bazu və sol said nahiyyələrinin qançırlarının yetirilmə müddəti müayinədən 2-3 gün əvvələ, sağ gözün bayır bucağının və alın nahiyyəsinin, sağ bazu nahiyyəsinin qançırlarının yetirilmə müddəti isə xx.xx.2023-cü il tarixə uyğun gəlir kənar şəxs tərəfindən yetirilməsinin mümkün olması, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ayrı-ayrılıqda və ümümilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələrinin təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mehraliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 14 fevral 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə təkrar ərizə ilə müraciət edərək atası Əlihüseyn və keçmiş həyat yoldaşı Xəyalın onu döyməsi barədə xx.xx.2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etməsini, hal-hazırda atası Əlihüseynlə barışmasını, buna görə də həmin şəxsdən heç bir şikayət və tələbinin olmadığını və keçmiş həyat yoldaşı Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 31 yanvar 2023-cü il tarixdə Şəxs və X1 Şamaxı rayonu, Mirikənd kəndində yerləşən evində Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahatlar ilə MTE-nin 01 fevral 2023-cü il tarixli 31 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs, atası Əlihüseyn Feyzullayev ilə barışmasını, şikayət və tələbinin olmamasını göstərmiş, lakin keçmiş həyat yoldaşı Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-61/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-61/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver