Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-612/2024 07.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 vəsatətlə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 13 iyun 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, vəsatət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, vəsatətin məzmunundan müəyyən olunur ki, X3 barəsində tərtib edilmiş 13 iyun 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu deyil həmin protokolun tərtib edilməsinə əsas olan inzibati xəta haqqında qərarı əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində (İXM-nin 126.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan məhkəməyə şikayət verə bilər. Belə ki, vəsatətə əlavə edilmiş 13 iyun 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 106 və 109cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-612/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-612/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver