Məhkəmə qərarları › İş №3(074)-613/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-613/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-613/2024 07.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 oğlunun, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X12 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahatlar ilə MTE-nin 18 sentyabr 2024-cü il tarixli 313 rəy ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də Şəxs barəsində cinayət isinin başlanılması rədd olunmuş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Ədələt Zülfüqarov məktəbdə iki uşağı öyrədərək demiş ki, onun oğlunu başından vursunlar, onlara hər gün 10 qəpikdən pul verəcək və getdikcədə pulu artıracaq. O, hər gün körpə uşağı qucağında oğlunun dalınca məktəbə gedir, həmin gün oğlu ağlaya-ağlaya yanına gələrək, Ədalətin uşaqları öyrətməsini və uşaqların onu vurmasını demişdir. Ədalətin oğlunu vurmasının səbəbi qohum olsalar da münaqişəli ailə olmalarıdır. Onun Ədaləti vurması şər böhtandır. Ədalət həmin gün onun yanından gəlib keçmiş, o, onu vurmamışdır. Bu barədə video görüntüdə var. Oradan da görünür ki, Ədalət məktəbdən çıxıb getdikdən bir qədər sonra o, qucağında uşaqla oğlunun arxasınca məktəbə gəlir. O, Alşan Zülfüqarovdan şikayət etdiyindən onlarda ondan şikayət etmişlər. Uşağını vurmaları ilə bağlı polisə və məktəbə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Tamilənin oğlu Elşad onu söydüyü Elşadı o, özü vurmuşdur. O, uşaqlara pul verməmişdir ki, Elşadı vursunlar. Verilmiş suallara cavab olaraq bildirdmişdir ki, o, hər gün piyadə məktəbə gəlibgedir. Həmin gün Tamilə ilə qarşılaşanda qaçmış, Tamilə onun arxasınca daş atmış, həmin daş onun kürəyinin sağ tərəfindən dəymişdir. Tamilə onu əli ilə vurmamışdır. Tamilə onu vuranda yanında qızı və qucağında körpə uşağı olmuş, tamilə uşağı qızına verib onu vurmuşdur. Tamilə onu vuranda qaçmış, həmin vaxt əlində yalnız məktəb çantası olmuşdur. Həmin gün Tamilənin hansı rəngdə paltar geyinməsini xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 izahat verib bildirdi ki, onlar böyük oğlunun hərəkətlərinə görə münaqişəli ailədirlər. O, Tamilənin oğlu Ədaləti vurmasını görməmiş, amma eşitmişdir. Onlar şikayətçidirlər və barışmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, o, Tamilənin oğlu Ədaləti vurmasını özü görməmişdir. Lakin ona qonşu zəng edib demişdir ki, Tamilə oğlu Ədalətin boğazından tutub boğub yerə yıxmış və daş ilə bir neçə dəfə kürəyinin sol tərəfindən vurmuşdur. Sonra isə oğlu ağlaya-ağlaya evə gəlib bu barədə ona demişdir. Həmçinin oğlu bildirmişdir ki, Tamilə və onun qayını məktəbdə bir uşağı döyüblər ki, desin ki, Ədalət onlara 10 qəpikdən pul verib ki, Elşadı döysünlər. Onun oğlunun kürəyinin sol tərəfindən vurmuşdular. Oda 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, sonra isə ekspertizadan keçirtmişdir. Əvvəl uşağı həkimə aparmamış, amma sonradan uşaq ağrılarının olmasını demiş və oda rentgendən keçirmişdir. İş materiallarında olan 07 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində Şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi faktı aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 313 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-kürək nahiyyəsinin qançırı küt əşya təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Ağa Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 17 sentyabr 2024-cü il tarixdə, saat 1247-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək gəlini Tamaranın övladı 13 yaşlı Ədaləti döyməsi barədə məlumat verilməsi göstərilmişdir. 17 sentyabr 2024-cü il tarixdə, saat 1251-də Azərbaycan Respublikası DİNnin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğlunun qohumu tərəfindən döyülməsi,qızlarının təhqir edilməsi barədə məlumat verməsi göstərilmişdir. 18 sentyabr 2024-cü il tarixdə, saat 1259-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək qayınanası və qaynatası Alşan tərəfindən təhqir olunaraq daşlanması barədə məlumat verməsi göstərilmişdir. Vətəndaş Şəxs 17 sentyabr 2024-cü il tarixdə Şamaxı rayon polis pöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə 2015-ci il təvəllüdlü oğlu Elşadı Ədalət adlı şəxsin döyməsini və ərizəsi ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir. X1 17 sentyabr 2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə 2011-ci il təvəllüdlü oğlu Ədaləti Şəxs döyməsini və ərizəsi ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir. Vətəndaş Şəxs 19 sentyabr 2024-cü il tarixdə Şamaxı rayon polis pöbəsinə ərizə ilə müraciət edərək 18 sentyabr 2024-cü il tarixdə Alşan adlı şəxsin onu döyməsini və ərizəsi ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etməsini göstərmişdir. Araşdırma zamanı 17 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs X9 döyməsi faktı öz təsdiqini tapmasada Şəxs Zərərçəkmiş şəxs və 18 sentyabr 2024-cü il tarixdə isə X4 Şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış ərizə, izahatlar və MTE-nin 19 sentyabr 2024-cü il tarixli 313 və 316 saylı rəyləri ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs və X4 əməlləri hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayanlar X3 və Şəxs qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan X6 barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs tərəfindən təqdim edilmiş diskdə olan videogörüntüyə baxış keçirilmiş və həmin görüntüdən görünür ki, Zərərçəkmiş şəxs məktəbdən çıxdıqdan sonra qaçaraq yol ilə gedir. Bundan bir qədər sonra isə Şəxs məktəbin qabağına gəlir. Həmçinin həmin görütülərdən Tamilənin Ədaləti vuran zaman orada olan insanların heç bir reaksiyası müşahidə edilmir (həmin yerə getməsi, bir yerə toplaşması, dayanması və s.). Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da zərərçəkmiş şəxs və şahid ziddiyətli izahatlar vermişlər. Belə ki Zərərçəkmiş şəxs izahatında Tamilənin onu vurmaq istəyərkən qaçdığını və Tamilənin onun arxasınca daş atdığını və həmin daşın kürəyinin sağ tərəfindən dəydiyini bildirmişdir. Lakin şahid izahatında Tamilənin Zərərçəkmiş şəxs tutub yerə yıxıb daşla vurduğunu bildirmişdir. X11 araşdırma zamanı Tamilənin oğlu Ədaləti vurmasını başqa şəxsin görməsini bildirməmiş, ümumiyyətlə bununla bağlı heç bir izahat verməmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 313 nömrəli rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin kənar şəxs tərəfindən yetirilməyə uyğun olub-olmaması göstərilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar