Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-614/2024 07.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1965-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Elçin Osmanov tərəfindən Şəxs barəsində 07 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verərək bildirmişdi ki, 17-18 sentyabr 2024-cü il tarixlərində X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinin Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə müraciət edərək, qaynanası və qaynatası Alışan tərəfindən təhqir olunaraq, döyülməsi barədə məlumat vermişdir. Şamaxı Rayon Polis Şöbəsinin 17 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Alışan Zülfüqarov barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs adlı şəxs gəlini olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Arvadı Zərinə ilə oğlu Elşən arasında münasibətlər pisləşdiyinə görə, Tamilə də onunla mübahisə etmişdir. 18 sentyabr 2024-cü il tarixində saat 11 radələrində arvadı Zərinə ilə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən məktəbə oğlu Ədalətə görə getmişlər. Orada olduğu zaman, məktəb direktoru Nuranə adlı şəxsə nahaq yerə Ədalətin Tamilədən üzr istədiyini arvadı Zərinə gedib demiş, özü isə həmin vaxt avtomobilə əyləşib onu gözləmişdir. Sonra gəlib avtomobilə Zərinə əyləşib, onunla birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən evə getmişdirlər. Həmin gün Zərərçəkmiş şəxs ilə heç rastlaşmamış, onu döyməmiş və heç bir qanunsuz hərəkət etməmişdir. Ümumiyyətlə, həmin gün aralarında heç bir hadisə baş verməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X3 izahatında bildirdi ki, Zərinə Zülfüqarova adlı şəxs qayanası olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Zərinə Zülfüqarova ilə təxminən 2-3 ay bundan öncə, əri Elşənin onunla mübahisə etdiyinə görə, araları pozulmuşdur. 16 sentyabr 2024-cü il tarixində oğlu Ədaləti pilləkəndən itələmək istəyib, lakin onun əlindən qaçmışlar. 17 sentyabr 2024-cü il tarixində Şamaxı rayonu Şəhriyar qəsəbəsində məktəbə getdiyi zaman, Ədalət onun oğlu Elşadı itələmiş və həmin vaxt o, heç bir müdaxilə etməmişdir. Həmin gün, saat 11 radələrində məktəbə getdiyi vaxt, yenə Elşadı döydüyünü görmüşdür. Ədalətə niyə döydüyünü demiş, Şamaxıda görüşəcəyini ona demişdir. O, evə gələndən sonra, baş verən hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, Zərərçəkmiş şəxs adlı şəxs ögəy gəlini olmaqla, Tamilə ilə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Onunla ögey oğlu Elşən arasında münasibətləri pisləşdiyinə görə, Tamilə də, onunla da mübahisə etmişdir. 18 sentyabr 2024-cü il tarixində əri Alışan ilə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən məktəbə oğlu Ədalət ilə bağlı getmişlər və orada olduqları zaman, məktəb direktoru Nuranə adlı şəxsə nahaq yerə Ədalətin Tamilədən üzr istədiyini demişdir. Sonra avtomobilə əyləşib, əri Alışan ilə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən evlərinə getmişlər. Həmin gün Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmamış və ümumiyyətlə onunla rastlaşmamışdırlar. Belə ki, iş materiallarında olan 07 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində Şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 316 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - alın nahiyyəsinin cızığı küt əşya təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində heç bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işi başlanıla bilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün Şamaxı RPŞ-nin İTB-nin aidiyyəti əməkdaşlarına göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq, ona xəsarət yetirməsi faktı öz təsdiqini tapmamışdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 316 nömrəli rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin kənar şəxs tərəfindən yetirilməyə uyğun olub-olmaması göstərilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 38 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-614/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-614/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver