Məhkəmə qərarları › İş №3(074)-615/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-615/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-615/2024 14.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X8 və Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1970-ci Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Şamaxı Rayon Məhkəməsinin 2(074)-29/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 2(074)-331/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 2(074)-107/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 3(074)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə 34102,40 manat məbləğində borcu yaranmış və icra sənədlərinin icrası ilə əlaqədar, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək, əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-29/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə, borclu Şəxs cəmi 6210,40 manat pul tutularaq, tələbkar "xxxx" SŞ ASC-yə, Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə, borclular Şəxs, X4 və X1 cəmi 17839 manat pul tutularaq, tələbkar "xxxx" MMC-yə, Şamaxı Rayon Məhkəməsinin 2(074)-107/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə, borclu Şəxs cəmi 9553 manat pul tutularaq, tələbkar X6 ödənilməli, eyni zamanda, Şamaxı Rayon Məhkəməsinin 3(074)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. Lakin, Şəxs borclarını ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, qeyd olunan icra sənədlərini icra etməmiş, onun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş və sonuncu dəfə onun barəsində axtarış elan edilmişdir. Şəxs izahatında rəsmi olaraq heç bir yerdə işləmədiyinə və xəstə olduğuna görə, ödəniş edə bilməyəcəyini bildirmişdir. Beləliklə də, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışdır. Hazırda həmin icra sənədləri bir icraatda birləşdirilmiş və borclu Şəxs icra sənədləri üzrə cəmi 34102,40 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, o, işləmədiyinə və xəstə olduğuna görə, icra sənədləri üzrə ödəniş edə bilməmişdir. Qeyd olunan icra sənədlərindən, yalnız təxminən 250 manat məbləğində pulu tələbkar X6 ödəmişdir. Borclarının birdəfəyə ödəyə imkanı yoxdur, yalnız hissə-hissə ödəyə bilər. Başqa əmlakı və ya gəliri yoxdur. Həmçinin, ölkədən giriş-çıxışına da, məhdudiyyət qoyulmuşdur. Bundan sonra, icra sənədləri üzrə mərhələli şəkildə ödəniş etmək niyyətindədir. Odur ki, qərar qəbul edərkən, qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs cəmi 9553 manat pul tutularaq, ona ödənilməlidir. Həmin icra sənədi üzrə vaxtilə borclu tərəfindən təxminən 250 manat ödəniş olmuş, lakin borcun qalan hissəsi bu günədək ödənilməmişdir. O, borcun ödənilməsini tələb edir, əks təqdirdə, borclu Şəxs barəsində qanun çərçivəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-29/2019 saylı icra sənədinin surətindən görünür ki, Şəxs "xxxx" SŞ ASC tərəfindən ödənilmiş 6180 (altı min bir yüz səksən manat) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6210,40 (altı min iki yüz on manat 40 qəpik) manat tutularaq, "xxxx" SŞ ASC-yə verilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)- 107/2019 saylı icra sənədinin surətindən görünür ki, Şəxs X6 məxsus **-CG-*** dövlət qeydiyyat nişanlı SHACMAN markalı yük maşınına vurmuş olduğu 9553 manat zərərin əvəzi alınaraq, X6 verilməli, cavabdeh Şəxs keçirilmiş ekspertizaların dəyəri 120 manat alınıb, X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)- 331/2019 saylı icra sənədinin surətindən görünür ki, Şəxs, X4 və X1 müştərək qaydada 14974 manat əsas məbləğdən gecikmə, 2825 manat lizinq mükafatı və 10 manat cərimə olmaqla, cəmi 17809 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, Unileasing Lizinq Şirkəti QSC-nin hüquqi varisi Direkt Kredi MMC-nin hesabına ödənilməli, cavabdeh Şəxs keçirilmiş ekspertizaların dəyəri 150 manat alınıb X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 3(074)-43/2023 saylı icra sənədinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan İcraata başlamaq haqqında qərarlardan görünür ki, qeyd olunan icra sənədləri üzrə icra məmuru tərəfindən icraata başlanılmış və borclu Şəxs tələblərin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-66/2021 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-331/2019 saylı xx.xx.2019-cu il tarixli, 2(074)-29/2019 saylı xx.xx.2019-cu il tarixli və 3(074)-43/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, ona icra sənədlərini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və o, həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunur ki, “İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir”. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati qaydada həbs növündə cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 13:40-dan hesablansın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar