Məhkəmə qərarları › İş №3(074)-616/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-616/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-616/2024 15.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İŞamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1972-ci ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, vətəndaş Şəxs keçmiş həyat yoldaşı Aynur Mirzəliyevanı kirayə qaldığı evə gəlir, məcbur qalır, ailə üzvlərini narahat edir. Hər gün səhər-günorta-axşam sərxoş, vəziyyətdə olur, səs-küy salır. Dəfələrlə demək olar ki, son 1 ay ərzində 10 dəfə 102 xidmətinə zəng var, iki təhqiqat işi var. Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Şamaxı şəhəri, N.Nərimnaov küçəsində keçmiş həyat yoldaşının işlədiyi təndirin qarşısında ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş, sərxoş vəziyyətdə səs-küy salmışdır. Əlavə olaraq bildirdi ki, Şamaxı rayon Böyük Xınıslı kənd sakini X1 dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək keçmiş əri Şəxs içkili halda onun iş yerinə yaxınlaşıb onu təhqir etməsi barədə məlumat vermişdir. Onlar sonradan həmin yerə yaxınlaşan zaman Şəxs sərxoşluq müayinədən keçirmişlər, o, ağır sərxoş vəziyyətdə olmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, hamısı yalandır, o, heç kimi söyüb-təhqir etməmişdir. O, həyət yoldaşından ayrılsada bir yerdə yaşayırlar. xx.xx.2024-cü ildə sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının işlədiyi təndirin qarşısında olmuş, lakin heç kimi söyüb təhqir etməmiş, ucadan danışmamışdır. Onun olmadığı halda arvadının barəsində niyə belə danışmasının səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verib bildirdi ki, keçmiş həyat yoldaşı Eyvaz mütamadi olaraq içkili vəziyyətdə evdə və küçədə ucadan ailəsini, qohumlarını söyüb təhqir edir, bəzən ünvansız söyüşlər söyür. Onu hər gün küçədə ucadan səsküy salması adət halını almışdır, onunla bağlı dəfələrlə şikayət etmişdir. xx.xx.2024-cü ildə saat 17:20 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində işlədiyi tükanın qarşısında ucadan səs küy salaraq ünvanlı və ünvansız söyüşlər söymüş, ona, ailəsinə ictimayətə naratçıılıq yaratmışdır. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0.3072 litrdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin məsul növbətçisi polis mayoru Faiq Nifdalıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:17-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən, ********** nömrəli məlumat verilərək bildirilmişdir ki, Şamaxı rayon Böyük Xınıslı kənd sakini X1 ***-***-**-** nömrədən zəng edərək keçmiş əri Şəxs içkili halda onun iş yerinə yaxınlaşıb onu təhqir etməsi barədə məlumat vermişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs inzibati xətanı sərxol vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarix, saat 12:35-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar