Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-617/2024 03.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, 12 noyabr 2024-cü il tarixli, EQ 24610294 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində olan 12 noyabr 2024-cü il tarixli, EQ 24610294 nömrəli inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 noyabr 2024-cü il tarixində onun etibarnamə ilə istifadəsində “VAZ 21074” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iiçün 80 (səksən) manat inzibati cərimə qərarı verilmişdir. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, həqiqətən də “Vaz 21074” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixinədək bir il müddətinə idarə etmək üçün onun istifadəsinə verilmişdir. BD075740 nömrəli sürücülük vəsiqədən görünür ki, minik avtomobillərini idarə etməyə qanuni səlahiyyəti vardır. “Vaz 21074” minik markalı, **- ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 mülkiyyətindədir. X1 Çıxarılmaqla nüsxəsini bu ərizəyə daxil etdiyi EQ24610294 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh növü qərarından görünür ki, onun istifadəsində olan “Vaz 21074” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini yaşadığı evin yerləşdiyi Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yol kənarında saxlamağına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsinə əsasən onun adına 80 (səksən) manat cərimə yazılmışdır. Surətini bu ərizəyə daxil etdiyi fotoşəkildən görünür ki, onun etibarnamə ilə istifadəsində olan Vaz 21074 minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin fotoşəkli yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış vəziyyətdə görünür. Amma bu görünütü gerçək fakt deyildir, saxta əməllərin (fotoşəklin montaj edilməsi və sayr) nəticəsidir. O, heç vaxt orada maşın saxlamamışdır. AR İXM-nin 75-76-cı maddələrinin tələblərinə görə şəxsin inzibati xəta törətməsi barədə sübutlar təqdim edilməlidir. Lakin təqdim edilən sübutlar həqiqəti əks etdirmir. Ona qarşı belə qanunsuz əməlləri onunla izah edir ki, EQ24610294 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh növü qərarında yazılanlardan görünür ki, istifadəsində olan Vaz 21074 minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini o, həmin yerdə saat 23:00-da həmin yerdə saxlamış olduğu faktı yazılmışdır. Bu gecə vaxtıdır, lakin fotoşəkil gündüz görüntüsünə aiddir. Halbuki, gecə vaxtı saat 23.00-da onun avtomobili və ətrafdakı digər avtomobillər gündüz vəziyyətindəki kimi görünə bilməzlər. Odur ki, bu inzibati cərimə qərarında yazılanlar yalandır, həqiqəti əks etdirmir. Əvvəlki məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş 12 noyabr 2024-cü il tarixli, EQ 24610294 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, inzibati tənbeh vermə qərardan görünür ki, qərar gecə saatlarında tərtib edilmiş, o, həmin saatlarda avtomobilini orada saxlamamışdır. Məhkməyə fotoşəkillər təqdim edərək bildirir ki, onda olan şəkillərlədən görünür ki, o inzibati xətanı gündüz saatlarnda törətmişdir. Odur ki, ona yazılan inzibati cərimə düzgün tərtib edilməmiş, həqiqəti əks etdirmir. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Səlahiyyətli orqan tərəfindən isə məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə məktub məhkəməyə daxil olmuşdur. Bu səbəbdən məhkəmə, şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, İş materiallarında olan 12 noyabr 2024-cü il tarixli, EQ 24610294 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 23:00:14 radələrində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqosqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 14:58:22 radələrində "VAZ 21074” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilini Şamaxı şəhəri, M.Rəsuladə küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. Lakin onun barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il traixdə saat 23:00:14-də tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli X3 inzibati tənbeh edilməsinə dair 12 noyabr 2024-cü il tarixli, EQ 24610294 nömrəli inzibati tənbeh vermə haqqında qərar real vaxt rejimində tərtib edilmədiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 inzibati tənbeh edilməsinə dair 12 noyabr 2024-cü il tarixli, EQ 24610294 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-617/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-617/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver