Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-62/2025 16.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X8 oğlunun, Zərərçəkmiş şəxs X5, onun qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X13 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs X9 döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı alınmış, izahatlar ilə MTE-nin 29 noyabr 2024-cü il tarixli 389 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə günorta saat 12:00 radələrində övladları Sahibə və Elşadı məktəbdən götürmək məqsədi ilə, Şəhriyar qəsəbəsində yerləşən orta məktəbə getmiş, X4 Zülfüqarov həmin məktəbin qapısının yaxınlığında dayanmış, o, övladları Sahibə və Elşadı məktəbdən götürmüş və evə gələn zaman yolda Ədalət Zülfüqarov ona qarşı nalayiq ifadələr işlətmiş, oda ona qarşı heç bir nalayiq ifadə işlətməmiş və onu vurmamış, ona cavab olaraq "ağıllı ol, tərbiyəsiz sözlər danışma" demiş və yaşadığı evə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saat 13:00 radələrində digər övladı Nurayı məktəbdən götürmək məqsədi ilə Şəhriyar qəsəbəsində yerləşən orta məktəbə getmiş, o, övladı Nurayı məktəbdən götürmüş və yaşadıqları evə qayıdarkən, yolda Zülfüqarov Ədalət və Zərərçəkmiş şəxs yenidən onu nalayiq ifadələr ilə təhqir etmişlər, Zərərçəkmiş şəxs onun koftasının üstünə tüpürmüş, lakin o, yenədə onlara qarşı nalayiq ifadə işlətməmiş, onlara "ağıllı olun söyüş söyməyin" söyləmişdir.O, övladlarını məktəbdən gətirməyə gedəndə qucağında bir yaşlı övladı olmuşdur. X14 rayon Şəhriyar qəsəbəsində yerləşən orta məktəbdə oxumur, sadəcə onu və həyat yoldaşını şərləmək və onları dava-dalaşa təhrik etmək məqsədi ilə o, xx.xx.2024cü il tarixdə həmin məktəbin qarşısına getmişdir. O, övladlarını məktəbdən götürməyə gedəndə qucağında bir yaşlı övladı olmuşdur, qucağında uşaq olan zaman o, kimisə vura bilməz, barəsində edilən şikayət əsassızdır, yalandır və şər-böhtan xarakterlidir. O, Ədalət Zülfüqarovu və Zərərçəkmiş şəxs vumamış, onlara qarşı heçbir qanunsuz hərəkət etməmiş, onlar onu nalayiq ifadələrlə təhqir etmişlər, o, isə onlara ümumiyyətlə yaxınlaşmamış və onlara qarşı nalayiq ifadə işlətməmişdir. O, Ədalət Zülfüqarovu və Zərərçəkmiş şəxs ümumiyyətlə hədələməmiş, onlar yolda gələrkən ona qarşı nalayiq ifadə işlətmişlər, o, isə ağıllı olmalarını söyləmidir, onlara qarşı nalayiq ifadə işlətməmişdir. Ədalət Zülfüqarov və Zərərçəkmiş şəxs onu Şamaxı rayonu Şəhriyar qəsəbəsində asfalt yolda təhqir etmişlər. Hadisə vaxtı orada o, övladları Elşad və Nuray, Ədalət Zülfüqarov və Zərərçəkmiş şəxs olmuşdur, həmçinin məktəbə gedən tanımadığı bir neçə məktəbli uşaq olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, o, Fatiməni vurmamışdır. Hazırda həmin günü ümumiyyətlə xatırlamır. Təqdim edilən diskə qulaq asmamış, ordakı səslərin nə olmasını bilmir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü X12 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində məktəbdən çıxmış və qardaşı Ədalət ilə birlikdə evə gəlirlərmiş, yolda gələrkən Tamilə adlı şəxs ilə rastlaşmışlar, Tamilə adlı şəxs oğlu Elşad ilə birlikdə üzü məktəb istiqamətinə gedirdilər, Tamilə adlı şəxs yolda onları görən kimi öz telefonunu götürmüş və onlara söyləmişdirki "gəlin sizə ananızın səsyazısınıı göstərim", lakin onalar qulaq asmaq istəmədiklərini söyləmişlər, bu zaman Tamilə adlı şəxs anasının ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki taxta ilə qardaşını və onu vurmuşdur. Sonra onlar qardaşı Ədalət ilə birlikdə qaçaraq evə gəlmişlər və hadisə barəsində anasına məlumat vermişlər. Hadisə vaxtı Şəxs qucağında azyaşlı uşaq olmamış, orada o, qardaşı Ədalət, Şəxs və Tamilənin oğlu Elşad olmuş, başqa heç kəs olmamışdır. Hadisə vaxtı orada məktəbli uşaqlar olmamışdır. Hadisə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşadıqları evin küçəsində baş vermişdir. Hadisənin hansı müddət ərzində baş verməsini dəqiq bilmir. Tamilə onu vurmaq istəyərkən qolları ilə sifətini bağlamış və aşağı əyilmiş, lakin Tamilə onu ağacla vurmuşdur. Ağac həmin vaxt onun sağ qoluna dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 bildirdi ki, Tamilə Fatimənin üzərinə gəlib onu vurmaq istəyərkən, Fatimə telefonu ilə onu çəkmək istəmiş lakin qorxduğu üçün telefonu cibinə qoymuş, lakin Tamilənin səsini yaza bilmişdir. Həmin diski məhkəməyə təqdim edərək Şəxs şikayətçi olduğunu və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Mehdi Mikayılov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan X3 xx.xx.2024-cü il tarixdə DİNnin 102 zəng xidmətinə müraciət edərək, ögey gəlini Tamilənin onun övladlarını döyməsini, öldürməklə hədələməsi, övladlarını ölüm həddinə çatdırmasını bildirmişdir. Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan X3 xx.xx.2024-cü il tarixdə Şamaxı RPŞ-nə ərizi ilə müraciət edərək, Tamilə adlı şəxsin övladları Fatimə və Ədalət ilə münaqişə etməsi səbəbindən özünü öldürmə həddinə çatmasını göstərərək, qanuni tədbir görülməsini xahiş etmişdir. MTE-nin xx.xx.2024-cü i tarixli 388 saylı rəyində X6 almış olduğu xəsarət - sağ bazu nahiyyəsinin sıyrığı küt əşya təsirindən törənməklə, xx.xx.2024-cü il tarixə uyğun gəlməsi, həmin xəsarətin səthiliyi və bədənin əl çatan nahiyyəsində yerləşməsi özü-özünə yetirməyə əsas verməsi, həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi göstərilmişdir. MTE-nin xx.xx.2024-cü i tarixli 389 saylı rəyində X7 almış olduğu xəsarət - sol saidin qançırı küt əşya təsirindən törənməklə, xx.xx.2024-cü il tarixə uyğun gəlməsi, həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi göstərilmişdir. Aparılmış araşdırma zamanı X1 özünü öldürmək niyyəti olması faktı öz təsdiqini tapmamışdır. Aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi faktı alınmış izahatlar və MTE-nin 389 saylı rəyi ilə öz təsdiqini tapmamışdır. Bu isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta hesab edilir. Ona görədə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 389 nömrəli rəyindən görünür ki, X5 almış olduğu xəsarət- sol saidin qançırı küt əşya təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. X5 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti X2 və Şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldığı halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olduğu ona izah edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şamaxı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. İş materiallarında olan X3 tərəfindən təqdim edilmiş diskdə olan səs yazısına qulaq asılmış və həmin səs yazısından müəyyən olunur ki, Şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-62/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-62/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver