Məhkəmə qərarları › İş №3(074)-620/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-620/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-620/2024 03.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, 09 noyabr 2024-cü il tarixli, EQ 24585853 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində olan 09 noyabr 2024-cü il tarixli, EQ 24585853 nömrəli inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09 noyabr 2024-cü il taridə onun mobil telefonuna SMS daxil olmuşdur. Həmin SMS-də göstərilir ki, o, İnzibatı Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə olunmuşdur. O, bu cərimə ilə razılaşmır. Qərarı əsassız hesab edir. Belə ki, onun istifadəsində idarəetmə hüququ əsasında onun sahibliyində ** RE *** dövlət qeydiyyat nişanlı “Azsamand” minik avtomobili vardır. Həmin avtomobillə xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində “Bravo” marketlər şəbəkəsinin qarşısında yolun hərəkət hissəsinin sağ kənarında saxlayıb marketə daxil olmuş. O, orada heç bir qayda pozuntusuna yol verməmişdir. Orada hər hansı dayanma-durma qadağa işarələri yoxdur. Hərəkət zolaqlarını ayıran hər hansı xətt də yoxdur. Foto şəkildə ”Bravo” marketlər şəbəkəsinin qarşısında dayanan maşınların durduğu yer marketin parklanma yeridir. Yolun hərəkət hissəsinə aid deyil. Oda onların arxa hissəsində, yolun hərəkət hissəsinin sağ kənarında maşınını saxlamışdır. Əyər yol zolaqları ayıran xəttlər olsaydı açıq aşkar görünər ki, o, birinci zolaqda maşını saxlamışdır. Odur ki, hesab edir ki, heç bir inzibati xəta törətməmişdir. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Səlahiyyətli orqan tərəfindən isə məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə məktub məhkəməyə daxil olmuşdur. Bu səbəbdən məhkəmə, şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli, EQ 24585853 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 21:40:55 radələrində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqosqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 16:50:42 radələrində "AZSAMAND” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Şamaxı şəhəri, M.Rəsuladə küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. Lakin onun barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il traixdə saat 21:40-da tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli X1 inzibati tənbeh edilməsinə dair 09 noyabr 2024-cü il tarixli, EQ 24585853 nömrəli inzibati tənbeh vermə haqqında qərar real vaxt rejimində tərtib edilmədiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair 09 noyabr 2024-cü il tarixli, EQ 24585853 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar