Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-624/2024 21.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektor, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektor, polis kapitanı X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs etibarnamə ilə idarə etdiyi “Vaz 21144” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Vaz 21041” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı yerinə yetirərkən həmin avtomobil sola dönmə əməliyyatı yerinə yetirərkən toqquşmuşlar. Nəticədə “Vaz 21041” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuş və müayinə zamanı Şəxs sidiyində narkotik vasitə marixuana qəbul etməsi faktı aşkarlanmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21144” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Vaz 21041” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını ötmə əməliyyatı yerinə yetirərkən həmin avtomaşın sola dönmə əməliyyatı yerinə yetirərkən toqquşmuşlar. Bu gün heç bir narkotik vasitədən istifadə etməmiş, təxminən bir ay bundan əvvəl toy məclisində narkotik vasitə marixuana qəbul etmişdir. Buna görə də polis əməkdaşı onu müayinəyə dəvət edəndə o, da getmişdir. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir bədən xəsarət almamışdır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində idarə etdiyi “Vaz 21041” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində hərəkətdə olarkən sola dönmə siqnalından istifadə edərkən onunla eyni istiqamətdə arxasında hərəkətdə olan “Vaz 21144” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomaşın ötmə əməliyyatı yerinə yetirərkən idarə etdiyi avtomaşınla toqquşdur. Hadisə zamanı avtomobildə tək olmuş və heç bir bədən xəsarət almamışdır. Ona dəymiş 230 manat maddi ziyan ödənilməmişdir. Hadisə baş verən zaman da Şəxs ona vurulmuş maddi ziyanı aradan qaldırmaq üçün heç bir cəhd etməmişdir. Ona görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixli, 6363 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə zamanı Şəxs sidiyində marixuana qəbul etməsi faktı aşkarlanmışdır. Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan AC 226042 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarından görünür ki, AB 648023 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21144” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. İş materiallarında olan qeydiyyat nömrəsi 64284563 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müayinə vaxtı (0,000 promil) alkoqol sərxoşluğu aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli rəydən görünür ki, “VAZ 21041” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına 230 (iki yüz otuz) manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan BD 950058 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarından görünür ki, AB 648023 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21041” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 3.3-cü bəndində əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsinin sansiyasının hədləri daxilində inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 noyabr 2024-cü il tarix, saat 19:00-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-624/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-624/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver