Məhkəmə qərarları › İş №3(074)-625/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-625/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-625/2024 29.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 31 mart 2024-cü il tarixli, EQ 20277387 və 11 aprel 2024-cüil tarixli EQ 20496807 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində 31 mart 2024-cü il tarixli, EQ 20277387 saylı və 11 aprel 2024-cü il tarixli EQ 20496807 saylı qərarların icra edilməməsi səbəbindən xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması əsassız olduğundan həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 bildirdi ki, o, hərbi xidmətdə olan zaman etibarnamə ilə satdığı avtomobili üçün verdiyi etibarnamənin müddəti bitdiyindən bütün inzibati cərimələr onun adına gəlmişdir. Polis şöbəsinə bununla bağlı müraciət etdikdə ona bildirmişlər ki, onun sürücülük hüquqi məhdudlaşdırılmış, amma bununla bağlıda ona heç bir qərar təqdim olunmamışdır. Eyni zamanda hazırda onun adına sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmənin qərarı yoxdur. Həmçinin o, adına gəlmiş bütün cərimələri ödəmişdir. Ona sürücülük hüququnun məhdudlaşdırıldığı bildirildiyindən hazırki şikaytlə məhkəməyə müraciət etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan müəyyən olunur ki, X3 barəsində tərtib edilmiş 24 sentyabr 2024-cü il tarixli, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarları əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində (İXM-nin 126.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan məhkəməyə şikayət verə bilər. Məhkəmə həmçinin izah edir ki, X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon X5 Yol Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 31 mart 2024-cü il tarixli, EQ 20277387 və 11 aprel 2024-cüil tarixli EQ 20496807 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar üzrə cərimə məbləğləri ödənildiyi halda həmin qərarlar üzrə barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Əks halda o, həmin qərarları əladə edib məhkəməyə şikayət edə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. X3 məhkəmə iclasında sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı qərarı əladə edə bilmədiyini ümumiyyətlə belə bir qərarın olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 106 və 109, 130 və 132-ci maddələrini rəhbər tutaraq,məhkəmə qəraraalır: X1 31 mart 2024-cü il tarixli, EQ 20277387 saylı və 11 aprel 2024-cü il tarixli EQ 20496807 saylı qərarların icra edilməməsi səbəbindən xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması əsassız olduğundan həmin qərarın ləğv olunmasını dair şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar