Məhkəmə qərarları › İş №3(074)-626/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-626/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-626/2024 22.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1979-cu ildə Şamaxı rayonu, Ərçiman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Şamaxı rayon Məhkəməsinin 2(074)-607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2(074)-777/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə 36700 manat məbləğində borcu yaranmış və icra sənədlərinin icrası ilə əlaqədar, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək, əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə, Şəxs 25000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan başqa Şamaxı rayon Məhkəməsinin 2(074)-777/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 12600 manat pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Lakin, Şəxs borclarını ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, qeyd olunan icra sənədlərini icra etməmiş, onun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş və sonuncu dəfə onun barəsində axtarış elan edilmişdir. Şəxs izahatında rəsmi olaraq heç bir yerdə işləmədiyinə görə, ödəniş edə bilməyəcəyini bildirmişdir. Beləliklə də, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışdır. Hazırda həmin icra sənədləri bir icraatda birləşdirilmiş və borclu Şəxs icra sənədləri üzrə cəmi 36700 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, o, işləmədiyinə və xəstə olduğuna görə, icra sənədləri üzrə ödəniş edə bilməmişdir. Qeyd olunan icra sənədlərindən, yalnız təxminən 1000 manat məbləğində ödənilmişdir. Borclarının birdəfəyə ödəyə imkanı yoxdur, yalnız hissə-hissə ödəyə bilər. Başqa əmlakı və ya gəliri yoxdur. Həmçinin, ölkədən giriş-çıxışına da, məhdudiyyət qoyulmuşdur. Bundan sonra, icra sənədləri üzrə mərhələli şəkildə ödəniş etmək niyyətindədir. Odur ki, qərar qəbul edərkən, qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə, Şəxs 25000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. O, borcun ödənilməsini tələb edir, əks təqdirdə, borclu Şəxs barəsində qanun çərçivəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-777/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 12600 manat pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. O, borcun ödənilməsini tələb edir, əks təqdirdə, borclu Şəxs barəsində qanun çərçivəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 25000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-777/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 12600 manat pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş materiallarında olan İcraata başlamaq haqqında qərarlardan görünür ki, qeyd olunan icra sənədləri üzrə icra məmuru tərəfindən icraata başlanılmış və borclu Şəxs tələblərin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində olan Şamaxı rayon Məhkəməsinin 2(074)-607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Şamaxı rayon Məhkəməsinin 2(074)- 777/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, ona icra sənədlərini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və o, həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunur ki, “İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir”. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati qaydada həbs növündə cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar