Məhkəmə qərarları › İş №3(074)-628/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-628/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-628/2024 26.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 184/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclular X5 və X3 16350 manat və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi şöbənin icraatına daxil olduqdan sonra, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Bununla belə, X1 icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədinin icrasından yayınmış və hazırda borclunun icra sənədi üzrə 9930 manat borcu qalmaqdadır. X1 tərəfindən icra sənədi üzrə olan borcundan yalnız qismən ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, X2 barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 izahatında bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-184/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclular X5 və X3 16350 manat və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Onun həmin icra sənədi üzrə borc məbləğini birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Həmin icra sənədi üzrə qismən ödənişlər etmişdir. Bundan sonra, hər ay 100-200 manat ödəniş edəcəkdir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 icra sənədi üzrə qismən ödəniş etmiş və hazırda olan borcu 9930 manat təşkil edir. Ona görə də, X2 barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-184/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, borclular X5 və X3 16350 manat və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-184/2015 saylı, xx.xx.2015-ci il tarixliicra sənədi üzrə icraata başlanılmış və X1na tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-43/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanun normalarını əsas tutaraq, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar