Məhkəmə qərarları › İş №3(074)-63/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-63/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-63/2025 21.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7, zərərçəkmiş şəxs X5, müdafiəçisi Abdullayev Əlisa oğlunun və Şamaxı Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X6 iştirakı ilə, xx.xx.1973-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, 1-ci Çaylı kəndində ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X8 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu 1-ci Çaylı kəndində ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı, tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evin qarşısında olan zaman Zamini görmüş, ona evinin qarşısında niyə gəzirsən demiş, daha sonra həmin şəxs ordan uzaqlaşmışdır. Həmin şəxslə həmin vaxt heç bir mübahisısi olmamış və Zaminə heç bir nəlayiq ifadələr deməmişdir. Lakin daha sonra polis əməkdaşları gəlmiş və bizi polis şöbəsinə aparmışlar. Həmin şəxsin onun barəsində olan ifadələri şər və böhtandır. Heç bir hadisə olmadığı halda onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində aparılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 müdafiəçisi X3 göstərdi ki, həmin şəxslər özləri arasında mübahisə etmişlər, lakin həmin mübahisə zamanı ictimai qayda pouzntu müəyyən edilməmiş və bu səbəbdən də heç bir inzibati pozuntu halları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən X12 barəsində aparılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə kənd icra nümayəndəsi yaşadığı məhəlləyə gələrək onaə digər şəxslərdən beton su kanalının içərisinə betonun verilməsini xahiş etmişdir. O, icra nümayəndəsi olan Nazir Niyazovla qeyd edilmiş əraziyə getmiş və bu zaman Şəxs ora gəlmiş və onu digər şəxlərin yanında açıq aşkar təhqir etməyə başlamışdır. O, və Nazir Niyazov onun təhqirlərinə fikir verməyərək qeyd edilmiş ərazidən getmişlər. Daha sonra o, Rövşənin təhqirlərini dözməyərək qanun çərçivəsində tədbirlərin görülməsi üçün 102 qaynar xəttə zəng etmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və onlar polis şöbəsinə getmişlər və həmin vaxt polis əməkdaşlarına qarşı heç bir tabesizlik olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə isə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarından görünür ki, X2 əməlində inzibati məsuliyyətə səbəb olan əməl yəni, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamağ hərəkətləri sübuta yetilmədiyindən iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından, X2 barəsində İXM-nin 535.1-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materialalrında olan AZA nömrəli 023901 saylı “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 13:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə X2 barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasında göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə 12 (on iki) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasında göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə 12 (on iki) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar