Məhkəmə qərarları › İş №3(074)-64/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-64/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-64/2023 14.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində “Şamaxı” restoranının qarşısında polis əməkdaşları ilə mübahisə yaratmış və nalayiq ifadələr işlətmiş, həmçinin polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Göyçay şəhərindən Bakı şəhərinə dostları X5 və X6 ilə birlikdə qonaq getmişlər. Bakı şəhərindən qayıdarkən Şamaxı restoranının qarşısında yemək üçün düşmüşlər. Bu zaman X5 ilə aralarında gərginlik və mübahisə yaşanmışdır. Bu səbəbdən polis əməkdaşları onlara yaxınlaşmışlar və mübahisəni dayandırmağı tələb etmişlər. Lakin əsəbi olduğu üçün istəmədən polis əməkdaşları ilə mübahisə yaşamışlar, amma heç bir nalayiq ifadə işlətməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Şamaxı RPŞ-nə gəlmişlər. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Mirzəyev Mir-Rəşad Eldaroviç izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində İTB-nin sahə rəisi polis leytenantı Qorxmaz Eynullayev ilə birlikdə Şamaxı restoranının qarşısında xidmətdə olan zaman adı sonradan onlara məlum olan X2, Şəxs və Şəxs mübahisə etdiyini görüb onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra mübahisəni dayandırmağı tələb etmişlər. Şəxs və Şəxs mübahisəni dayandırmadığı üçün onlardan dəfələrlə mübahisəni dayandırmağı tələb etsələr də, həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etməyə başlamışlar və ünvanlarına nalayiq ifadələr işlətmişlər. Daha sonra həmin şəxslər tərəflərindən RPŞ-nə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 şahid Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi Mirzəyev Mir-Rəşad Elşadoviç ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Mir-Rəşad Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində İTB-nin sahə rəisi polis leytenantı Qorxmaz Eynullayev ilə birlikdə Şamaxı restoranının qarşısında xidmətdə olan zaman adı sonradan onlara məlum olan X2, Şəxs və Şəxs mübahisə etdiyini görüb onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra mübahisəni dayandırmağı tələb etmişlər. Şəxs və Şəxs mübahisəni dayandırmadığı üçün onlardan dəfələrlə mübahisəni dayandırmağı tələb etsələr də, həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etməyə başlamışlar və ünvanlarına nalayiq ifadələr işlətmişlər. Daha sonra həmin şəxslər tərəflərindən RPŞ-nə gətirilmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA № 019658 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona 150 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar