Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-643/2024 16.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X2 tərəfindən verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokolda yazılmış inzibati xətanın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 məhkəməyə ərizə təqdim edərək şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-108/2- 10141/2024 nömrəli məktubundan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində yoxlanılan zaman müəyyən edilmişdir ki, Şamaxı rayon Şəhriyar qəsəbəsində qeydiyyatda olan X1 xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə cərimə dəbbə ilə birlikdə tam şəkildə ödənilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X2 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 106 və 109, 130 və 132-ci maddələrini rəhbər tutaraq,məhkəmə qəraraalır: X1 xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-643/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-643/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver