Məhkəmə qərarları › İş №3(074)-644/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-644/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-644/2024 17.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis X7 Xidmətinin inspektoru X1 və barəsində inzibati qərar qəbul edilmiş şəxs X2 iştirakları ilə, Şamaxı Rayon Polis X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5, 342.1.3 və 342.2.2-ci maddəslərində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şamaxı Rayon Polis X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orda yaşayır. Həmçinin, bildirir ki, Vətən Müharibəsi iştirakçısı olmaqla 2 medalı var: “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” kimi. Mülkiyyətində olan **-KD-*** dövlət qeydiyyat nişanlı “Vaz 21705” (priora) minik maşını vardır. xx.xx.2024-cü il tarixində 13:00 radələrində Şamaxı şəhəri ərazisində maşını hərəkətsiz olduğu vaxt Şamaxı rayon polis idarəsinin Yusif və Samir adlı əməkdaşları öz xidməti avtomobilləri, **-YP-*** nömrəli xidməti avtomobilləri ilə onun maşınına yaxınlaşıb, gəlməyini tələb etmişdirlər. (onun Vətən müharibəsi iştirakçısı olduğunu, Cənab Prezidentimiz tərəfindən dövlət tərtifləri ilə mükafatlandığını bildirməyinə baxmayaraq, etik davranış qaydalarını pozaraq onunla kobud şəkildə davranışlarını davam etdirmişlər). O, maşına yaxınlaşdıqda hər hansı bir əsas olmadan maşınında əlavə səs avadanlıq olmasını bildirib kobud şəkildə ona müraciət etmiş, maşına videogörüntü, axtarış əmri və hal şahidləri olmadan birbaşa baxış keçirmişlər, lakin **-KD-*** dövlət nişanlı avtomobilində baxış zamanı tok naqillərinin nizama salınması ilə bağlı usulitel olması müəyyən eilmiş, barəsində həmin anda protokol tərtib olunmadan, işin faktiki hallarını araşdırmadan mülkiyyətində olan avtomobili cərimə meydançasına yerləşdirmişlər. Baş vermiş faktdan da göründüyü kimi həmin polis əməkdaşları əsassız olaraq, qanunun tələblərini və vətəndaşa etik davranış qaydalarını pozaraq, onun mülkiyyətindən məhrum etmişlər. Həmçinin bildirir ki, adiyyatı üzrə müvafiq olaraq polis əməkdaşlarının hərkətlərindən yuxarı vəzifəli şəxslərə şikayət etmişdir. Dərhal Şamaxı Rayon Prokrorluğuna məlumat vermiş və müraciətinə şifahi olaraq bildirmişdilər ki, usilitel qanunvericiliyin tələblərinə uyğun olaraq, qadağan olunmayıb. Həmin polis əməkdaşları şikayətlərin olduğu barədə məlumatlar aldıqdan sonra xx.xx.2024-cü il tarixində saat 15:51 radələrində barəsində TP6908454 nömrəli elektron protokol tərtib etmişdirlər. Eyni zamanda bildirir ki, hal-hazırda **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla cərimə meydançasında saxlanılır. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olumnası yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə,məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati xətalar məcəlləsinin 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır və həmin məcəllənin 130-cu maddəsinə əsasən qərarın sürəti bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 93.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə apanhr. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparmaqla keçirilə bilər. 93.6-ci maddəyə əsasən, nəqliyyat vasitəsinə baxış haqqında protokolun sürəti barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və nəqliyyat vasitəsinin sahibinə verilir. X3 məcəlləsinin 96.1.5-ci bəndində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xususi səs (çoxavazh) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmadıqda fiziki şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. İnzibati Xətalar məcəlləsinin 101ci maddəsində göstərilmişdir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inizbati xəta haqqında protokol tərtib edilir. Görübdüyü kimi, onun maşınında olan usilitelin istifadəsinin qadağan olunması inzibati xətalar məcəlləsində qeyd olunmamışdır. Polis əməkdaşları qanunun tələblərinə riayət etmədən öz vəzifə səlahiyyətlərindən suiistifadə edərək barəsində protokol tərtib etmiş, onu qanunsuz məsuliyyətə cəlb etmişdirlər. Protokolda inzibati xətanın predmenti və vasitəsi olan əşyanın şəkli əlavə edilməmiş, protokol dərhal tərtib olunmamışdır və bu da polis əməkdaşlarında usilitelin qadağan olubolmaması barədə şübhələrin yaranmasına səbəb olmuşdur. İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. inzibati Xətalar Məcəlləsinin 105-ci maddəsində qeyd olunmuşdur ki, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda,icraatında inzibati xəta haqqında iş olan hakim və səlahiyyətli orqan inzibati xəta haqqında işin icratma xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən Şamaxı Rayon Polis X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi Məhkəmə iclasında Şamaxı Rayon Polis X7 Xidmətinin inspektoru X1 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə təhlükəsizlik kəmərlərindən istifadə etməməsi əsası ilə, X4 məxsus olan “Vaz 21705” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılmışdır. Həmin vaxtı dövlət qeydiyyat nişanlı nömrənin görünməməsi üçün üzərinə əlavə olaraq zalent yapışdırılmış və nəqliyyat vasitəsinin arxa yayları aşağı olması müəyyən olunmuşdur. Bundan başa həmin şəxslər tələbələrin yerləşdiyi ərazidə yüksək səslə musuqiyə səs verirlər və bununla bağlı dəfələrlə şikayətlər daxil olmuşdur. Həminçinin həmin nəqliyyat vasitəsinə standartlara uyğun olmayan led işıqlar quraşdırılmışdır. Daha sonra həmin nəqliyyat vasitəsi onlar tərəfindən duracağa yerləşdirilmiş və normativ tələblərə cavab vermədiyindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati protokol tərtib edilmiş və inzibati protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, bütün pozuntular videoçəkiliş aparılmaqla aparılmış və məhkəməyə təqdim edilmişdir. X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və qəbul olunmuş qərarı qanuni və əsaslı hesab edərək, qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə “Vaz 21705” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İXMnin 342.1.3, 342.5 və 342.2.2-ci maddələrin tələblərini pozmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2024cü il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş videogörüntüyə və foto şəkillərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, dövlət qeydiyyat nişanlı nömrənin görünməməsi üçün üzərinə əlavə olaraq zalent yapışdırılmış, nəqliyyat vasitəsinin arxa yayları aşağı olması və standartlara uyğun olmayan led işıqlar quraşdırılması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından və işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi, inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Şamaxı Rayon Polis X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Polis X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar