Məhkəmə qərarları › İş №3(074)-66/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-66/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-66/2023 27.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, Şamaxı rayon Polis Şöbəsinin YPX-nin ispektoru X2 tərəfindən qəbul edilmiş 14 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayon Polis Şöbəsinin YPX-nin ispektoru X2 tərəfindən qəbul edilmiş 14 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Polis Şöbəsinin DYP Bölməsi xx.xx.2023cü il tarixdə TP ******* saylı qərarla barəsində Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.2-ci maddəsilə nəzərdə tutulan inzibati xətaya görə 60 manat məbləğində cərimə olunmağı barədə qərar qəbul etmişdir. O, bu qərarla razı deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15.53 radələrində S.Ə.Şirvani küçəsilə mərkəzə doğru hərəkət edərkən həmin küçənin Minaxor küçəsilə kəsişdiyi yerdə dayanacaqda avtobus dayanaraq sərnişin götürdüyünü görmüş, sol tərəfindən keçmişdir. Uzaqdan gələn polis maşını onu saxlayıb demişdir ki, ötmə əməliyyatını pozmuşdur. O, deyib ki, hərəkətdə olan avtobusu ötməmiş, avtobus dayanmışdır. Qarşıdan gələn avtomaşın da hələ uzaqda olduğundan o, əks yola çıxıb avtobusun yanından keçmişdir. Ona demişdir ki, o, düz xətti tapdayıb keçmişdir. Demişdir ki, orada heç xətt də yoxdur. Pozulub görünmür. Buna baxmayaraq ona protokol yazılmış və sonra da cərimə olunmuşdiur. Hesab edir ki, əsassız yerə cərimə olunub, bu qərar ləğv olunmalıdır. Odur ki, Şamaxı rayon Polis Şöbəsinin DYP Bölməsinin TR ******* saylı xx.xx.2023 -cü il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahat verərək bildirdi ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ilə Minaxor küçəsinin kəsişməsində avtobus sərnişin götürmək üçün dayanacaqda dayanmış, o, da sıxlıq olduğuna görə və imkan olduğu üçün ötmə əməliyyatını edərək əks yola çıxıb avtobusu kemişdir. Həmin yolda xətt yoxdur, pozulub. Hesab edir ki, ona edilən 3 bal və 60 manat cərimə qanunsuzdur, o, heç bir qanunsuz hərəkət etməmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X2 izahat verərək bildirdi ki, S.Ə.Şirvani küçəsində “VOLKSWAGEN TİGUAN” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsini idarə edən sürücü 1.1 üfüqi nişanlanma xətinin tələblərini pozaraq ötmə əməliyyatı etmiş, tərəfindən saxlanılmış, etdi qayda pozuntusu izah edilərək barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda bildirdi ki, “VOLKSWAGEN TİGUAN” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsini idarə edən həmin şəxs avtobus hərəkətdə olan zaman ötmə əməliyyatın etmişdir və həmin yolda 3.20 nişanıda var, yəni ötmə qadağandır. X3 etdiyi qayda pozuntusunu təsdiq edən görüntülər olan 1 ədəd diski və fotoşəkillər məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 14 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 15:53 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında təqdim edilmiş görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X4 “VOLKSWAGEN TİGUAN” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsinin YPX-nin ispektoru X2 tərəfindən qəbul edilmiş 14 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar