Məhkəmə qərarları › İş №3(074)-667/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-667/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-667/2024 29.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2024-cü il tarixli, EQ 24860584 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2024-cü il tarixli, EQ 24860584 nömrəli inzibati tənbeh vermə haqqındaqərarı real vaxt rejimində tərtib olunmadığından, həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 00:03 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində idarə etdiyi Chevrolet Niva markalı ** FP *** dövlət nömrə nişanlı avtomobili saxladığı barədə ona EQ № 24860584 saylı protokol tərtib edilmişdir. Düzdür o, avtomobili orada avtomobildən düşmədən təxmini 2 dəqiqə dayandırmışdır. Amma bu hadisə xx.xx.2024-cü il tarixdə saat 19:04 radələrində olmuşdur. Tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli EQ № 24860584 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərar xx.xx.2024-cü il tarixdə saat 00:03 radələrində tərtib edilmişdir. Lakin SMS Radar tətbiqindən görünür ki, ona məxsus avtomobil Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində 01.12.24-cü il tarixdə 19:04 radələrində dayanmışdır. Açıq aşkar inzibati tənbeh vermə haqqında qərar real vaxt rejimində tərtib edilməmişdir. Bu da özü inzibati xəta üzrə icraatı rədd edən hal kimi birbaşa İXM-də nəzərdə tutulmuşdur. Hesab edir ki Daxili İşlərin Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin 02 dekabr 2024-cü il tarixli EQ № 24860584 saylı qərarı real vaxt rejimində tərtib olunmadığından ləğv edilərək barəsində olan inzibati işə xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə inzibati xəta haqqında işə şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2024-cü il tarixli, EQ 24860584 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsində xx.xx.2024-cü il tarixdə saat 00:03 radələrində Azərbaycan Respublikası İXMnin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqosqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. X4 tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, görünür ki, X3 məxsus avtomobil Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində 01.12.24-cü il tarixdə 19:04 radələrində dayanmışdır. Lakin onun barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə saat 00:03-də tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2024-cü il tarixli, EQ 24860584 nömrəli inzibati tənbeh vermə haqqında qərar real vaxt rejimində tərtib edilmədiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2024-cü il tarixli, EQ 24860584 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar