Məhkəmə qərarları › İş №3(074)-67/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-67/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-67/2025 06.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsidə yerləşən kafedə qumar oyunları oynaması aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, polis əməkdaşları içəri daxil olarkən onlar domino oynayıb qurtarmışlar. Lakin bir qədər kafedə oturmuşlar. Masanın kənarındakı pul hesabları olmuşdur. Onlar çay içmiş, Elşən isə pivə içmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları içəri girəndə onlar domonio da oynamamışlar, Elşənin pivə içməsini gözlədiklərindən orada oturmuşlar. Elşən pivə içdikdən sonra yemək yeməyə getməli idilər. Həmin kafedə yemək verilib-verilmədiyini bilmir. Həmin stolda elə əvvəldən dördü oturmuşdur. Elşən əvvəldən orda olmuş, onlar isə sonradan getmişlər. Domino oynamaq üçün ora getmişlər. Orada olanda 2 çay içmişlər, Elşən isə 3 ədəd pivə içmişdir. Elşən deyəsən əvvəldən də 2 pivə içmişdir. Stolda 14 manat olmuş, dörd ədəd 1 manat və 1 ədəd 10 manatlıq əskinaz. Həmin vaxt kafeni işlədən şəxsdən hesabı soruşmuşlar, o hesabı demiş lakin işi çox olduğundan hələ gəlib hesabı götürməmişdir. Kafedə pərdəli yerdə oturub domino oynamışlar ki, heç kim onlara müdaxilə edə bilməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin bölük komandiri, polis mayoru X4 izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İbrahimxəlilov Xəlil və polis serjantı Qasımov Elsəvər ilə birlikdə Şamaxı rayon, Sabir qəsəbəsində xidmətdə olduqları zaman qəsəbədə yerləşən kafedə bir neçə nəfər şəxsin qumar oyunu oynaması barədə məlumat daxil olmuşdur. Həmin kafeyə yaxınlaşaraq içəri daxil olub çəkliş edərək masanın üzərində pul vəsaiti və domino olduğunu aşkar edərək adlarını bilmədikləri 4 nəfər şəxsin oyun iştirakçısı olduğunu müəyyən edərək həmin şəxsləri və kafenin sahibini RPŞ-nə dəvət etmişlər. RPŞ-nə gəldikdən sonra həmin şəxslərin Şamaxı rayon Sabir qəsəbəsi sakinləri X2, X7, Şəxs Taptıq oğlu, X10 və kafenin sahibi Şamaxı şəhər Bakı küçəsi ev 24-də yaşayan X8 olduğu məlum olmuş və onlar barəsində qanuni tədbir görülməsi üçün tərəflərindən raport tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 şahid Şamaxı RPŞ-nin PPXB-nin bölük komandiri, polis mayoru X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayon Sabir qəsəbəsində yerləşən kafedə qumar oyunu həyata keçirən 4 nəfər şəxsin masanın üzərindən 4 (dörd) ədədi 75543430, 02957853, 68769712, 68624648 nömrəli 1 manatlıq əskinaz və 1 ədədi 45768387 nömrəli 10 (on) manatlıq əskinazlar olmaqla ümumilikdə 14 (on dörd) manat pul vəsaiti videoçəkiliş edilməklə götürülmüş və protokol tərtib edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin bölük komandiri, polis mayoru Elyaq Səmədov tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin PPXB- nin polis nəfəri polis serjantı İbrahimxəlilov Xəlil və polis serjantı Qasımov Elsəvər ilə birlikdə Şamaxı rayon, Sabir qəsəbəsində xidmətdə olduqları zaman qəsəbədə yerləşən kafedə bir neçə nəfər şəxsin qumar oyunu oynaması barədə məlumat daxil olmuşdur. Həmin kafeyə yaxınlaşaraq içəri daxil olduq çəkliş edərək masanın üzərində pul vəsaiti və domino olduğunu aşkar edərək adlarını bilmədikləri 4 nəfər şəxsin oyun iştirakçısı olduğunu müəyyən edərək həmin şəxsləri və kafenin sahibini RPŞ-nə dəvət etmişlər. RPŞ-nə gəldikdən sonra həmin şəxslərin Şamaxı rayon Sabir qəsəbəsi sakinləri X2, X7, Şəxs Taptıq oğlu, X10 və kafenin sahibi Şamaxı şəhər Bakı küçəsi ev 24-də yaşayan X8 olduğu məlum olmuş və onlar barəsində qanuni tədbir görülməsi üçün tərəflərindən raport tərtib olunmuşdur. İş materiallarında olan video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, kafedə kənar şəxslərin görə bilməməsi üçün ətrafı pərdə ilə örtülü masada 4 nəfər şəxs əyləşmiş, əllərində və masanın üzərində (rəqəmləri görünməyəcək şəkildə) sıra ilə düzülmüş oyun domino daşları vardır. Masanın üzərində olan domino qabının içərisində pul əskinazları olduğu görünür. Polis əməkdaşları masaya yaxınlaşarkən masada əyləşənlər əllərində olan domino daşlarını gizlətməyə çalışırlar. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyası çərçivəsində oyun ləvazimatı və qumara qoyulmuş pul vəsaitləri müsadirə edilməklə, cərimə inzibati tənbehi tətbiq olunmalı, Şamaxı rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 3(074)-65/2025 nömrəli qərarı ilə oyun ləvazimatının (domino daşları) və qumara qoyulmuş pul vəsaitlərinin müsadirə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 3000 (üç min) manat cərimə edilsin. Şamaxı rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 3(074)-65/2025 nömrəli qərarı ilə oyun ləvazimatının (domino daşları) və qumara qoyulmuş pul vəsaitlərinin müsadirə edilməsi nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar