Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-69/2023 27.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Şamaxı rayonu, Ərçiman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-607/2022 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs 25000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul alınaraq kreditor X4 ödənilməlidir. Şamaxı rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(074)-1007/2022 saylı icra sənədinə əsasən cavabdeh X1 2300 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 43 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədlərində göstərilmiş tələbi icra etməmişdir. Borclu müəyyən aralarla ödənişlər etmiş, amma ödənişlər etsə də, məbləği az olmuşdur. Eyni zamanda borcu Şəxs izahat verərək aylıq qazancının 1000-1500 manat təşkiletdiyini bildirmiş, lakin barəsində olan icra sənədlərində göstərilmiş məbləğləri tam ödəyə bilmədiyini bildirmişdir Odur ki, borclu icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Halhazırda icra sənədləri üzrə 26443 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, barəsində olan məhkəmə qərarlarından xəbəri var. Borcunu ödəməkdən boyun qaçırmır. Hazırda qəssab işləyir. Qış aylarında işi zəif olduğuna görə borcundan ödəyə bilməmişdir. Bu gün borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur, lakin hal-hazırda 300 manat ödəyə bilər. Qalan borcunu isə hər ay hissə-hissə ödəyəcəyinə söz verir. Ailəlidir, üç uşağı da var və əlilliyi yoxdur. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir, borcunun tam ödənilməsini istəyir. Belə ki, borclu Şəxs dedikləri hamısı yalandır. O, 2 il 8 aydır ki, onu aldadır. Ona dəfələrlə vaxt verilib, artıq borcunu bütöv şəkildə ödəsin, ödəyə bilmirsə həbs edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (tələbkar) X6 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)- 607/2022 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu Şəxs (xx.xx.1979-cu ildə Şamaxı rayonu, Ərçiman kəndində anadan olmuş, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan) 25000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul alınaraq kreditor X4 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində pul köçürməsi olmuşdur. İş materiallarında olan borclunun məcburi qaydada gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, borclu X5 məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(074)- 140/2022 saylı qərardadının surətindən görünür ki, borclu xx xxx 1979-cu ildə Şamaxı rayonu Ərçiman kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(074)- 1007/2022 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh X1 2300 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 43 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayonu, Ərçiman kəndində qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü X5 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayon icra və probasiya şöbəsinin icraatında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli və Şamaxı rayon Məhkəməsinin 2(074)-1007/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Belə ki, Şəxs yalnız barəsində tənbeh tədbirlərinin tətbiq ediləcəyini anladıqda xx.xx.2022-ci il tarixdə borcundan 1000 manat ödəmiş, həmin tarixdən sonra heç bir ödəniş etməmiş və hazırda borcundan 300 manat ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-69/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-69/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver