Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-69/2025 06.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Sabir qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən kafedə qumar oyunları oynaması aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Şamaxı rayonunun Sabir qəsəbəsində yerləşən kafedə oturub, pivə içirmiş. Daha sonra kafeyə tanışları Əvəz, Toğrul və Zahid adlı şəxslər gəlmiş və onlar birlikdə oturub çay və pivə içmişlər. O, pivə, Əvəz, Toğrul və Zahid isə çay içirmiş. Həmin vaxt öz aralarında domino oyunu oynamaq qərarına gəlmişlər. Domino oynadıqları müddətdə, masanın üzərinə sifariş verdikləri çayın və pivənin pulu olaraq 14 manatı qoymuşlar. Lakin onlar kafedə işləyən şəxsdən hesabı istəməmişlər və masanın üzərində olan pulu hesaba görə təxminən 14 manat olmasını düşünmüşlər. Onlar domino oyununu oynayıb qurtarmışlar və o, pivə içdikdən sonra, başqa bir yerə yemək yeməyə getmək istəmişdirlər. Həmin zaman, polis əməkdaşları içəri daxil olub, videoçəkiliş aparmaqla onlara yaxınlaşmış, qumar oynadıqlarını bildirib, onları polis şöbəsinə dəvət etmişdirlər. Onlar kafedə qumar oynamamış, sadəcə çay və pivə içərək, domino oyunu oynayırmışlar. Qeyd olunanlara əsasən, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin bölük komandiri X2 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri Xəlil İbrahimxəlilov və polis serjantı Elsevər Qasımov ilə birlikdə Şamaxı rayonu, Sabir qəsəbəsində xidmətdə olduqları zaman, qəsəbədə yerləşən kafedə bir neçə şəxsin qumar oyunu oynaması barədə məlumat daxil olmuşdur. Onlar həmin kafeyə yaxınlaşaraq, içəri daxil olub videoçəkiliş apararaq, masanın üzərində pul vəsaiti və domino oyunu olduğunu aşkar etmişdirlər. Həmin masada dörd nəfər şəxsin oyun iştirakçısı olduğunu müəyyən edərək, həmin şəxsləri və kafenin sahibini rayon polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsinə gəldikdən sonra, həmin şəxslərin Şamaxı rayon sakinləri Şəxs, X6, X4, X9 və kafenin sahibi X7 olduğu məlum olmuş və həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün raport tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri X3 şahid X2 ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarına əlavə olunmuş görüntüdən kafedə kənar şəxslərin görə bilməməsi üçün ətrafı pərdə ilə örtülü masada dörd nəfər şəxsin əyləşdiyi masanın üzərində çay, pivə, domino daşları və domino qutusunun içərisində pul vəsaitinin olması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən kafedən dörd nəfər şəxsin əyləşdiyi masanın üzərindən 28 (iyirmi səkkiz) ədəd domino daşları maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən kafedən dörd nəfər şəxsin əyləşdiyi masanın üzərindən 4 ədəd 1 manatlıq və 1 ədəd 10 manatlıq əsginaslar olmaqla, ümumilikdə 14 (on dörd) manat məbləğində vəsait maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin bölük komandiri Elyar Səmədov tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025ci il tarixdə Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Xəlil İbrahimxəlilov və polis serjantı Elsevər Qasımov ilə birlikdə Şamaxı rayonu, Sabir qəsəbəsində xidmətdə olduqları zaman, qəsəbədə yerləşən kafedə bir neçə nəfər şəxsin qumar oyunu oynaması barədə məlumat daxil olmuşdur. Həmin kafeyə yaxınlaşaraq, içəri daxil olub çəkiliş edərək, masanın üzərində pul vəsaiti və domino olduğunu aşkar edərək, adlarını bilmədikləri 4 nəfər şəxsin oyun iştirakçısı olduğunu müəyyən edərək, həmin şəxsləri və kafenin sahibini RPŞ-nə dəvət etmişlər. RPŞ-nə gəldikdən sonra, həmin şəxslərin Şamaxı rayon Sabir qəsəbəsi sakinləri Şəxs, X6, X5, X9 və kafenin sahibi Şamaxı şəhər Bakı küçəsi ev 24-də yaşayan X7 olduğu məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 3(074)-65/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, oyun ləvazimatı olan 28 (iyirmi səkkiz) ədəd domino daşları və 14 (on dörd) manat məbləğində pul vəsaiti müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə, üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, masada əyləşən şəxslərin sifariş verdikləri çay və pivənin hesabını tələb etmədən, masanın üzərində olan pul vəsaitinin təxmini düşündükləri hesab ola biləcəyi barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı inandırıcı hesab etmir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 3(074)-65/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə maddi sübutların müsadirə olunması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Şamaxı Rayon Məhkəməsinin 3(074)-65/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə maddi sübutların müsadirə olunması nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-69/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-69/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver