Məhkəmə qərarları › İş №3(074)-71/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-71/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-71/2023 12.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli İnzibati xəta haqqında protokola əsasən, Şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(074)-99/2020 nömrəli icra sənədinin icrasından yayınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin olunmuş 500 manat məbləğində inzibati cərimənin ödənilməsi üçün ona 10 gün vaxt verilməsini xahiş etmiş, lakin təxirə salınmış məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 tərəfindən Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış arayışdan məlum olmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Respublika Narkoloji Mərkəzi”ndə stasionar müalicəyə qəbul olunmuş və hazırda da müalicəsi davam edir. Odur ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında materialı baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə icra məmurunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar