Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-71/2025 14.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis X7 Xidmətinin inspektoru X4 və barəsində inzibati qərar qəbul edilmiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24937638 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24937638 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində “Mersedes Benz E220 CDİ” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. BD452630 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz E220” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən onun mülkiyyətindədir. X2 11 yanvar 2025-ci il tarixdə çap edilərək ona verilmiş xx.xx.2024-cü il tarixdə onun adına yazılmış inzibati xəta üzrə cərimə qərarından görünür ki, guya həmin tarixdə o, idarə etdiyi minik avtomobilini digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayandırdığına görə AR İXM-nin 346.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və buna görə onun adına 80 (səksən) manat cərimə və əlavə 2 cərimə balı yazılmışdır. Həmin cəriməni ona Şamaxı DYP-nin əməkdaşı olan Samir adlı şəxs Şamaxı rayonu Göylər kəndi yolunda Mal-heyvan bazarının qarşısında yazmışdır. O, həmin vaxt həmin Samir adlı DYP əməkdaşından soruşmuşdur ki, burada mal-heyvan bazarında avtomobilin dayanmasına dair qadağanedici və ya məhdudiyyat yol nişanı yoxdur, sən onun maşınına baxıb nə yazırsan...? O cavab verdi ki, qeydiyyat aparır və onun maşınına 80 manat cərimə və əlavə 2 əmsal cərimə balı yazacaq. Sonradan ona verilmiş bu qərarda yazılıb ki, guya o, Şamaxı rayon Nizami küçəsində yol hərəkəti qaydalarını pozaraq AR İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi yazılmışdır. Halbuki, o, həmin gün Nizami küçəsindən keçməmiş və idarə etdiyi nəqliyyat vasitəsini qanunla qadağan olunmış yerdə dayandırmamışdır. Odur ki, bu cərimə qərarı tam əsassızdır və qeyd olunanlar qanunamüvafiq olmadığına görə ləğv edilməlidir. Digər tərəfdən isə o, cərimə edən orqan sübutları ona təqdim etməkdən imtina etmiş, bu inzibati xəta üzrə foto və ya videogörüntünü ona təqdim etməmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24937638 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi Məhkəmə iclasında Şamaxı Rayon Polis X7 Xidmətinin inspektoru X4 oğlu izahat verərək göstərdi ki, X3 yolun hərək hissəsinin ikinci cərgəsində saxlanıldığından həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, əgər şəxs barəsində elektron qərar yazılırsa bunu polis əməkdaşları tərəfindən yerin seçilməsi edilmiş, yalnız peyk vasitəsi ilə onlara verilmiş planşet təyin edir. Bakı-Şamaxı-Yevlax yolunun yarısı Nəsimi küçəsi gedir, yarısı S.Ə.Şirvani küçəsi gedir, yarısı isə Nizami küçəsi gedir. Həmin şəxs həmin inzibati qərarla bağlı bir çox orqanlara müraciət etmişdir. Belə ki, Əlizadə Babayev bununla bağlı olraqar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə, Şamaxı RPŞ və Şamaxı Rayon Prokurorluğa müraciət etmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd edilmiş ərazi Şamaxı rayonu, Nizami küçəsi olması müəyyən edilmiş və vətəndaşa bu barədə məlumat verilmişdir. X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı hesab edərək, qərardan verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında EQ 24937638 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından və işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi, inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməklə xüsusi texniki vasitələrin köməyi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24937638 nömrəli İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24937638 nömrəli İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-71/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-71/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver