Məhkəmə qərarları › İş №3(074)-72/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-72/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-72/2023 06.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında göstərmişdir ki, Şamaxı rayonu, Çöl-Bağırlı kəndində yaşayan X5 06 fevral 2023-cü il tarixində Şamaxi RPŞ-nə ərzə ilə müraciət edərək həmin tarixdə X11 və onun oğlu Şəxs onu döyməsini bildirmişdir. Fakt üzrə TQ-da araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, Çöl-Bağırlı kəndində yaşayan X3 X11 və onun oğlu Şəxs döyərək xəsarət yetirmsi faktı alınrpış izahat və MTE-nin xx.xx.2023-cü il tarixli 33 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin araşdırma zamanı Zərərçəkmiş şəxs bədəni üzərində sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi faktı hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs əmisi olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamış, Şamaxı rayonu Çöl-Bağırlı kəndində maşın ustası fəaliyyəti ilə məşğul olan zaman əmisi oğlu Ramil Mirzəyev uşaq vaxtlarından onların yanında işləyimiş, təxminən bir neçə ay olar ki, Ramil onların yanından çıxmış Ramil sonuncun yanında işləyən vaxtdan ona 740 manat borcu qalmış sonuncu isə bir necə dəfə Ramilə pul qaytarmasını desə də o sonuncuya pulu geri qaytarmamış və bu səbəbdəndə aralarında münasibətdə soyuqluq yaranmışdır, 05 fevral 2023-cü il tarixdə Sumqayıt şəhərində maşın bazarında maşın alış-verişi zaman əmisi uşaqları Ramil Mirzəyev və Amil Mirzəyevlə qarşılaşmış, Amil Mirzəyevə yaxınlaşmış ona borclarını nə vaxt qaytarcağını bildirmiş, Ramil Mirzəyev atası Söhrabla əlaqə saxlamağını onların ona borclarının olmadığını demiş, təxminən bir neçə saat sonra əmisi Söhrab .Mirzəyev ona zəng vurmuş onu nalayiq söyüşlərlə təhqir etmiş sonuncu isə ona söyüş söyməməsini bildirmiş daha sonra isə onu kənddə gözlədiyini bildirmiş, sonuncu isə Şamaxı rayonu Çöl-Bağırlı kəndində yerləşən evinə gəlmiş hadisə barədə atası Adil Mirzəyevə bildirmiş atası ona tək getmə gözlə birlikdə gedək Söhrabm böyük qardaşı olduğunu özünen onu sakitləşdirəcəyini, biz birlikdə Söhrabla görüşmək üçün evdən çıxmış kəndin yaxınlığında kı otlaq sahəsində dayandığını görmüşlər maşını saxlamış daha sonra sonuncu maşından tez düşmüş Söhraba yaxınlaşanda əlindəki ağac parçası ilə sonuncunu vurmaq istəyəndə zaman ağacı Söhrabın əlindən almış daha sonra Söhrabm çiyin nahiyəsinə və əsəbi olduğu üçün tam xatırlamasada bir neçə dəfə Söhraba zərbələr vurmuş, daha sonra atası maşından düşüb onları ayırmış onu maşına mindirmiş, hadisədən sonra Söhrab və uşaqları onu görüşə çağırsalarda sonuncu isə onlarla görüşə getməmiş, hadisədən sonra Söhrab onun və atası Adil barədə Şamaxı rayon polis şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur, hadisə zamanı hadisə yerində ondan başqa, Zərərçəkmiş şəxs, X7 olmuş başqa heç kim olmamış, hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmiş, hadisə baş verən zaman Zərərçəkmiş şəxs sonuncunun ünvanına nalayiq söyüşlərlə söymüş, başqa heç bir qanunsuz hərəkət etməmiş, Zərərçəkmiş şəxs izahatında göstərdikləri yalandır, hadisə zamanı nə sonuncun nə də atası Adil Mirzəyev əlində dəmir parçası olmamış, sonuncu Zərərçəkmiş şəxs əlində tutduğu ağac parçasını ona vurmaq istəyən zaman onun əlindən alıb Zərərçəkmiş şəxs çiyin nahiyəsinə və əsəbi olduğu üçün tam xatırlamasada bir neçə dəfə ona zərbələr vurmuş, daha sonra atam maşından düşüb bizi aralayaraq məni maşına mindirdi, Söhrab isə bizdən uzaqlaşaraq yaxınlıqdan keçən maşına minərək getdi, atası Adil Mirzəyev əmisi Zərərçəkmiş şəxs qarşı hər hansı bir qanunsuz hərəkələr etməmiş, onu döyməmiş və ona qarşı hər hansı bir xəsarət yetirməmişdir. Hazırda zərərçəkmiş şəxslər barışmışlar, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, X7 ilə Şəxs qardaşı və qardaşının oğlu olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. X11 yaşadığı kənd ərazisində maşın ustası işlədiyi üçün oğlu Ramil Mirzəyev onun yanında işləyirdi təxminən 3 ay əvvəl oğlu Ramil Mirzəyev işdən çıxdığı üçün Adil ilə aralarında münasibətdə soyuqluq yaranmış, qardaşı X9 650 manat borcu qalmış, dekabr ayında Adil Mirzəyev nəvəsi Radilə kiçik toyu etmiş və onu toya çağırmamış, daha sonra isə oğlu Ramil Mirzəyevə zəng vurmuş nə səbəbə toyun pulunu verməmısmiz demiş, Ramil isə cavab olaraq 650 manat borcunun olduğunu həmin pulu qaytarın bizdə toyunuza 70 manatı yazdıraq bildirmiş, 05 fevral 2023-cü il tarixdə saat 12 radələrində oğlu Amil Mirzəyev ona zəng vuraraq helə həmin tarixdə qardaşı oğlu Şəxs Sumqayıt maşın bazarında toya vermədiyimiz 70 manata görə bizim ünvanımıza nalayiq söyüşlər söydüyünü bildirmiş, daha sonra sonuncu qardaşı oğlu Şəxs zəng vuraraq niyə Sumqayıtda mübahisə yaradırsız gəlin kəndə burda söhbət edək onsuz sizin oğlu Ramilə borcunuz var onu qaytarın bizdə toya 70 manatı yazdıraq daha sonra dəstəyi asmış və yaşadığı Şamaxı rayon Çöl-Bağırlı kəndinin giriş hissəsində çıxmış, əkin sahəsində dayanan zaman X11 idarə etdiyi avtomabili onun yanında saxlamış maşından düşən X11 və oğlu Şəxs onun üzərinə glmişlər Şəxs əlində olan dəmir parçası ilə onun çiyin nahiyəsinə zərbə vurmuş X11 isə onun baş nahiyəsinə yumruqla zərbələr vurmuş, daha sonra sonuncu otlaq sahəsindən qaçıb yoldan keçən həmkəndlisi Cəmil Muradovun idarə etdiyi avtomabinə minərək ordan uzaqlaşmış, sonra sonuncu hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, hadisə zamanı sonuncu X7 ilə Şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, onları döyməmiş, hadisə zamanı hadisə yerində ondan başqa, Şəxs, X7 olmuş başqa heç kim olmamış, sonuncu isə onların əlindən qaçaraq yoldan keçən həmkəndlisi Cəmil Muradovun idarə etdiyi avtomabilə minərək ordan uzaqlaşmış, hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmiş, hadisə zaman Şəxs ilə X7 ona qarşı yuxarıda göstərdiklərindən əlavə onu təhqir etmiş, başqa heç bir qanunsuz hərəkət etməmişlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mehraliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 06 fevral 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 05 fevral 2023-cü il tarixdə X11 və onun oğlu Şəxs onu döyməsini göstərməklə, həmin şəxslər barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 05 fevral 2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahat ilə MTE-nin 11 fevral 2023-cü il tarixli 33 saylı rəyi ilə öz təsdiqini tapmışdır. X1 Zərərçəkmiş şəxs döyməsi faktı öz təsdiqini tapmamışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 2 ünvanda Şamaxı rayonu, Çöl-Bağırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı rayonu, Çöl-Bağırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, MTE-nin xx.xx.2023-cü il tarixli 33 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ bazu, sağ kürək və sol qalça tini nahiyyələrinin küt əşya təsirindən 05.022023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkün olmasını, X2 almış olduğu xəsarətlərin sağlamlığa zərər vurmayan, xəsarətlərə aid olduqlarından dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Lakin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsində qeyd edilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar