Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-73/2023 29.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X20, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X51 izahat verib bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icra vərəqəsinə əsasən Şəxs vurulmuş ziyanın ödənilməsi hesabına 48.920.500 manat indiki pulla 14056 manat pul tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin Şəxs borcunu ödəməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış elan edilmişdir. Şəxs izahat verərək borcundan yalnız 200 manat ödəniş edə bilər, lakin qarşı tərəf bununla razı olmayaraq şikayətçi olduğunu bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 9134,10 manat borcu vardır. İşə götürənin fiziki şəxs olduğundan ona bildiriş göndərə bilməmişlər, ünvanı məlum deyildir, amma göndərilsə belə nəticəsi olmayacaqdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmiş və maddi imkanı çatan qədər borcundan ödənişlər etmişdir. Hazırda 200 manat ödəniş edə bilər. Əvvəl işi olmayıb ona görə də ödəniş edə bilməyib, amma hal-hazırda rəsmi iş yeri vardır, usta işləyir. Ona bir daha şans verilsə, çalışıb hər ay borcundan ödəniş edəcəkdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin A-0566/04 saylı xx.xx.2004-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs vurulmuş ziyanın ödənilməsi hesabına 48920500 manat X21, 720.000 manat X40, 920000 manat X22, ******* manat X16, 500000 manat X23, 900000 manat X41, 400000 manat X4, ******* manat X24, 700.000 manat X17, 500000 manat X10, ******* manat X18, 250000 manat X11, 500000 manat X3, ******* manat X12, 500000 manat X32, 450000 manat X33, 250000 manat X52, 250000 manat X42, 250000 manat X25, 250000 manat X43, 280000 manat X5, 280000 manat X44, 250000 manat X26, 250000 manat X13, 250000 manat X14, 500000 manat X62, 250000 manat X53, 250000 manat X6, 250000 manat X45, 250000 manat X46, 250.000 manat X7, 250000 manat X34, 250000 manat X8, 280000 manat X15, 250000 manat X60 öglunun, 250000 manat X35, 250000 manat X27, 250000 manat X36, 250000 manat X47, 250000 manat X37, 250000 manat X38, 250000 manat X28, 250000 manat X48, 250000 manat X49, 270000 manat X2, 250000 manat X54, 250000 manat X50, 250000 manat X9, 250000 manat X1, 250000 manat X29 və 250000 manat X30 xeyrinə tutulmalıdır İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 21 dekabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin A-0566/04 saylı xx.xx.2004-cü il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 8(074)-241/2018 saylı qərardadının surətindən görünür ki, borclu xx xxxxxx 1967-ci ildə Şamaxı rayonu Məlhəm kəndində doğulmuş, Şamaxı rayonu Məlhəm kəndində qeydiyyatda olan Şəxs məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 8(074)-79/2022 saylı qərardadının surətindən görünür ki, Şamaxi rayonu Məlhəm kəndində qeydiyyatda olan 16.01,1967-cı il Əliyev X69 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 3(074)-252/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati həbs etmənin əvvəli 12 avqust 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. “Elektron Məhkəmə” İnformasiya sistemi ilə yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs rəsmi olaraq işləyir və 260 manat əmək haqqı alır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 61.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-73/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-73/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver