Məhkəmə qərarları › İş №3(074)-73/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-73/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-73/2025 10.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis X6 Xidmətinin inspektoru X4 və barəsində inzibati qərar qəbul edilmiş şəxs X2 iştirakları ilə, Şamaxı Rayon Polis X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2, 338.9 və 338.4.1-ci maddəslərində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şamaxı Rayon Polis X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, onun istifadəsində Moped nəqliyyat vasitəsi var. xx.xx.2024-cü ii tarixdə Şamaxı şəhəri N.Nərimanov küçəsi ilə hərəkət edib. Sfetoforda dayanmışdır. Bu zaman Yoİ polisi xidmətinin xidməti avtomobili yan tərəfdə dayanmış və onaə bildirmişdir ki, narkotik vasitə qəbul edirsən. O, cavabıçda polis əməkdaşına yox cavabı vermişdir. Bu zaman polis əməkdaşı ona polis şöbəsinə getməli olduqlarını və ondan analiz götürülməli olduğu bildirmişdir. O, etiraz etməmiş və mopedi onların arxasınca Polis şöbəsinə sürmüşdür. Analizin nəticələrində öz təsdiqini tapmadığı halda ona guya narkotika qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini dəbilqəsiz sürdüyünə və svetoforun göstərişlərinə əməl etməməyə görə 200 manat cərimə yazılmışdır. Hazırda həmin cərimə 274 manat olmuşdur. Qeyd etməik istəyir ki, bunlardan yalnız bir düzdür, dəbilqəsiz sürməsi. Amma qalanlar yalandır. Bu xətaların heç birini törətməmişdir. Analizdə yeganə olaraq bir maddənin benzodiazepamın olması göstərilib. Bunu da o, həkimin təyinatı üzrə qəbul edir. 2-ci qrup əlildir. Xəstəxanada da qeydiyyatdadır. Dərmani da xəstəliyi ilə bağlı qəbul edir. Xəstə olduğunu polislərə də demişdir. Müvafiq sənədlərini də göstərmiş, lakin bunlara əhəmiyyət verməyərək barəsində protokol tərtib etmişlər. Hesab edir ki, Şamaxı rayon Polis Şəbəsinin YPX-nin bu qərarı əsassızdır. Qeyd edilənlərə əsasən Şamaxı Rayon Polis X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi Məhkəmə iclasında Şamaxı Rayon Polis X6 Xidmətinin inspektoru X4 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə daha sonra adı məlum olan X5 tərəfindən idarə etdiyi mopedi motodəbilqə taxmadan və svetoforun qırmızı işığına məhəl qoymayaraq idarə etmişdir. Həmin vaxt Rəvan Dəmirov saxlanılmış və onun narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəli bilindiyindən tibbi müayinəsi üçün polis şöbəsinə dəvət olunmuş və daha tibbi müayinə üçün “Medsun” Klinikasına göndərilmişdir. Tibbi müayinənin nəticəzi zamanı X3 narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması aşkar edilmişdir. X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və qəbul olunmuş qərarı qanuni və əsaslı hesab edərək, qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2024cü il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2, 338.9 və 338.4.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.1-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından və işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi, inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarında olan “Medsun” Klinikası tərəfindən verilmiş tibbi müayinə arayışdan görünür ki, X1 Benzodiazepine (BZO) güclü təsir edən digər maddədən istifadə olunması aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən, inzibati xəların törətməsini özünün etiraf edici ifadələri ilə təsdiq edilməsi və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Şamaxı Rayon Polis X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Polis X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar